Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

MN: Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərdə heç bir dəyişiklik olmayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam …

Read More »

SON DƏQİQƏ: Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edilib. Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini bildirib. Bundan əlavə, …

Read More »

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl medalı təmin edib

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb. Boyukmillet.com-un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev qızıl medala yiyələnib. O, finalda ukraynalı Stanislav Korçemlyuku məğlub edib. Bundan başqa Ruslan Nəsirov (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib. Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə …

Read More »

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib – AÇIQLAMA

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib”. Bu fikirləri  “Report a” açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib. “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə …

Read More »

Politoloq: “Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı etimad limitini sıfra endirir”

“Rusiya Müdafiə Nazirliyinin məlum bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub”. Bu fikirləri  açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, mahiyyət etibarilə Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi …

Read More »

100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib

Ötən sutka ərzində 110-dan çox miqrant Belarus və Polşa sərhədini pozmağa cəhd edib. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə bazar günü Polşa Sərhəd Mühafizəsi məlumat yayıb. “Martın 26-da rekord sayda – 116 nəfər Belarusdan Polşa ərazisinə qanunsuz daxil olmağa cəhd edib”, – məlumatda deyilir. Qeyd olunub ki, Narevka sərhəd zastavasında sərhəd xidmətinin əməkdaşları təqib və xəbərdarlıq atəşindən sonra …

Read More »

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 776 …

Read More »

“Azəriqaz”: “Sabahdan Xankəndiyə qaz veriləcək”

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bu barədə Boyukmillet.com Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. “Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir”, – məlumatda deyilir. “Azəriqaz”dan bildirilib ki, martın 29-da test …

Read More »

Ekspert: “Qarabağda gərginliyin səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir”

“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”. Bu fikirləri “Report”a açıqlamasında …

Read More »

Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib. Bu barədə Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir. Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub. Zelenski çıxışına Qətəri salamlayaraq deyib: “Sizə bildiyiniz kimi müraciət etmək istəyirəm. Əssəlamu …

Read More »