Ukrayna hərbçiləri paytaxt Kiyevə daxil olmaq istəyən Rusiya qoşunlarını onlarla kilometr geri oturdublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib. O, vurğulayıb ki, Kiyev yaxşı qorunur və şəhərin müdafiəsi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri tərəfindən həyata keçirilir. Motzuyanik Ukrayna əsgərlərinin Rusiya qoşunlarını paytaxt Kiyevin 70 kilometrədək geri oturdulduğunu bildirərək, qarşı tərəfin bəzi mövqelərdə 35 …
Read More »Yearly Archives: 2022
Bayden Ukraynadakı müharibənin müddəti barədə proqnoz verib
“Bu, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə və ya bir aya qalib gələ bilməyəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Cozef Bayden deyib. ABŞ Prezidenti deyib ki, indi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır. “Hazırda Ukraynada azadlıq və repressiya arasında mübarizə gedir”, – Amerika …
Read More »Bakıda avtomobil 8 yaşlı uşağı vurub
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Boyukmillet.com”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Səma Namiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Read More »Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”
Rusiya hərbi karvanlarının Belarus ərazisindəki hərəkət marşrutları boyunca hərbi qulluqçuların yanacaq və azuqələrin satılması, habelə onların spirtli içkilərə dəyişdirilməsi faktları var. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub. “Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində hər gün orta hesabla 50-100 yaralı Sevastopol şəhərinin tibb müəssisələrinə müraciət edir. İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli …
Read More »Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib
Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib. Bu barədə “Report”un şəhərin meri Yuri Fomiçevin müraciətinə istinadən xəbər verir. “Slavutiç bu gündən işğal altındadır. Biz şəhərimizi mətanətlə müdafiə etdik. Üç gün əvvəl onu döyüşsüz təslim etmək üçün ultimatum aldıq, lakin hərbçilərimiz, Milli Polis şəhəri müdafiə etmək qərarına gəldi. Başqa cür edə bilməzdilər, onlar hərbçilərdir, bunun üçün çalışırlar”, – Fomiçev deyib. Onun sözlərinə görə, …
Read More »Zelenski Qərbi tənqid edib: “Yoxsa Rusiya tanklarını gözləyirsiniz?”
Prezident Volodimir Zelenski Rusiya raketlərinin NATO üzvü olan Polşa ilə sərhədə zərbə endirdiyi üçün Qərb tərəfdaşlarını Ukraynaya hərbi yardıma daha ciddi yanaşmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Zelenski bu barədə brifinq zamanı bildirib. Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, Avropa əhalisinin böyük əksəriyyəti Qərb tərəfdaşlarının Ukraynaya daha çox hərbi yardım göstərməsinin tərəfdarıdır. “Kimsə inanmırsa, qoy dünyadakı hazırkı rəy sorğusuna baxsın. Əgər …
Read More »Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri dünən Zaporojye vilayətinin Poltovka kəndini Rusiya qoşunlarından geri alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib. O, vurğulayıb ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir. İrpinin meri Aleksandr Markuşin xəbəri təsdiqləyib. “Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib”, – mer …
Read More »Bayden Rusiyaya NATO-ya hücumla bağlı xəbərdarlıq edib: “Müharibə barədə düşünməyin”
ABŞ Prezidenti Cozef Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında Rusiyaya NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. ABŞ rəhbəri vurğulayıb ki, Alyans buna vahid cavab verəcək. Bu barədə RBC-Ukrayna Amerika liderinin Varşavadakı çıxışına istinadən xəbər verir. “NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik”, – ABŞ Prezidenti vurğulayıb. Qeyd …
Read More »Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib, xəsarət alanlar var
Rusiya hərbçilərinin Ukraynanın Lvov şəhərinə endirdikləri raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının sədri Maksim Kozitski məlumat yayıb. “Bu saata kimi Lvova iki raket zərbəsinin endirildiyini deyə bilərəm. Yaşayış binasına və ya digər infrastruktur obyektlərinə zərbə endirilməsi ilə bağlı məlumat təsdiqini tapmayıb”, – o qeyd edib. İlkin məlumata görə, beş nəfər …
Read More »Azərbaycan MN: Rusiya MN-nin açıqlaması müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur: “Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar