Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Lerikin icra başçısının birinci müavini vəzifəsindən azad edilib

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb. Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.

Read More »

Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib: …

Read More »

Şimali Kipr Prezidenti Azərbaycan xalqını təbrik edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb. “34 il əvvəl – 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr – Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan …

Read More »

Britaniya səfiri Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib

“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tviterdə yazıb. Diplomat 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bütün Azərbaycan xalqını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”

Read More »

İstanbulda partlayış törədən terroçu əmri kimdən aldığını açıqlayıb

Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında terror aktı törədən Ahlam Albashır əmri kod adı “Hacı” olan terroçudan alıb. Boyukmillet.com  “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə ilkin istintaq ifadəsində deyib. Terrorçu hadisə zamanı tək olmadığını söyləyib: “Başqa bir terrorçu fotolar çəkirdi”. A.Albashır bildirib ki, YPG terror təşkilatına 2017-ci ildə qoşulub.

Read More »

Türkiyə MN: “Qarabağ zəfəri azərbaycanlı qardaşlarımızda dirçəliş ruhunun nə qədər güclü olduğunu göstərdi”

“32 ildən sonra qardaşlarımız Qarabağda böyük bir zəfər qazandı və dirçəliş ruhunun nə qədər güclü olduğunu göstərdilər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Nazirlik 17 noyabr – Milli Dirçləliş Günü münasibətilə tviterdə paylaşım edib və Azərbaycan xalqını təbrik edib. “34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının dönüş nöqtəsi oldu. Azərbaycan türkü …

Read More »

İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Mövlud Çavuşoğlu: “Azərbaycan daim müstəqil olacaq”

“Azərbaycan daim müstəqil olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın 17 noyabr – Dirçəliş Günü münasibətilə tviterdə yazıb. O, Azərbaycan xalqını təbrik edib. “17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Can Azərbaycanı təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – nazir bildirib. 17 Kasım Milli Uyanış Günü vesilesiyle Can Azerbaycan’ı tebrik ediyorum. Azerbaycan ebediyen bağımsız kalacaktır! …

Read More »