Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,53 ABŞ dolları, yaxud 7,21 % artaraq 112,01 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 106,64 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci …
Read More »Yearly Archives: 2022
Ukrayna MN: “Rusiyanın 14 hava hədəfi, 7 qırıcısı, 1 helikopteri, 3 PUA-sı vurulub”
“Ukrayna müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib”. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir: “Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum …
Read More »Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada qeyd ediləcək
Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb. “Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq. BMT-nin bayrağı azad Şuşada …
Read More »Kamran Əliyev Laçına yeni prokuror təyin edib
Laçın rayonuna yeni prokuror təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru vəzifəsinə təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.03.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,4 % artaraq 1,8832 manat, Rusiya rublunun məzənnəsi isə 6,8 % azalaraq 0,0165 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,88321 Rusiya rublu0,01651 Avstraliya dolları1,25461 Argentina pesosu0,01551 Belarus rublu0,61861 Braziliya rialı0,33731 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1137100 Cənubi Koreya …
Read More »Latviya Seymi BMT-ni Ukrayna səmasını bağlamağa çağıran bəyanat qəbul edib
Latviya Seymi (parlamenti) yekdilliklə BMT-ni Ukrayna səmasını bağlamağa çağıran bəyanat qəbul edib. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Seymin rəsmi saytında dərc olunmuş məlumatda deyilir. Parlamentarilər BMT-yə üzv dövlətləri Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq üçün təcili tədbirlər görməyə və bununla da ölkəni müdafiə etməyə çağırıblar. Deputatlar Ukrayna ərazisində humanitar dəhlizlərin təhlükəsiz istismarını təmin etmək üçün təcili tədbirlərin …
Read More »Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil. Qeyd edək ki, hadisə ötən ilin dekabrında Xətai rayonunda baş verib. Belə ki, 2 nömrəli Peşə Liseyinin yataqxanasının yaxınlığında …
Read More »Müharibə başlayandan Ukraynaya 320 mindən çox insan qayıdıb
Rusiyanın Ukraynaya hücumu başlayandan 320 min nəfərdən çox ukraynalı Vətənə qayıdıb. “Boyukmillet.com”un məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti teleqram kanalında xəbər verib. Qeyd edilir ki, onların əksəriyyəti kişilərdir. “Uşaqlarımız təslim olmur, ona görə də kömək etməliyik, ölkəmiz üçün mübarizə aparmalıyıq. Ukraynalılar da bütün insanlar kimi azad olmalıdır”, – Polşadan gələn ukraynalılardan biri deyib. Qeyd edək ki, Ukrayna Prezidenti …
Read More »Suraxanıda 6 yaşlı uşağı avtomobil vurub
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Boyukmillet.com”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Qədirli Məhəmməd Əli oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Makron Ukraynaya səfərini istisna etməyib
Fransa Prezidenti Emmanuel Makron həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edə biləcəyini deyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Noticiasaominuto” məlumat yayıb. Lakin Fransa Prezidenti vurğulayıb ki, bu səfərin əsas şərti onun faydasız olmamasıdır. “Fevral ayında bu, Moskvaya və Kiyevə gedəndə oynamağa “kart”ım olduğunu və hələ də bir ehtimalın olduğunu düşündüyüm üçün idi”, – Fransa lideri deyib. Makron bildirib ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar