Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa Şurasından çıxmasının səbəblərini açıqlayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə RBC telekanalına müsahibəsində məlumat verib. “Bu qərar çoxdan qəbul olunub. Çünki o qurum tamamilə deqradasiyaya uğrayıb”, – Rusiya XİN başçısı deyib. S.Lavrov həmçinin rəsmi Kiyevlə davam edən danışıqlarda Ukraynanın neytral statusunun müzakirə olunduğunu bildirib.
Read More »Yearly Archives: 2022
Gömrükçülər ölkə ərazisilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ermənistana yük aparan qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub. Boyukmillet.com bu barədə …
Read More »Sergey Lavrov: “Ukrayna ilə kompromis əldə etməyə ümidlər var”
“Ukrayna nümayəndələri ilə danışıqlar asan keçmir, lakin kompromis əldə etməyə ümidlər var”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK telekanalına müsahibəsində söyləyib. “Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək lazımdır”, – nazir bildirib. Onun sözlərinə görə, Türkiyənin Antalya şəhərində aparılan danışıqlarda Ukraynanın XİN başçısı Dmitro Kuleba heç …
Read More »Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və Niderland arasında diplomatik …
Read More »Ukrayna Prezident Ofisi: “Ordumuz bir sıra istiqamətdə əks-hücuma keçib”
Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. O, ölkədəki son durumu açıqlayıb. “Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir. İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır. Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər …
Read More »Bədii gimnastika üzrə Azərbaycan çempionatı başlayıb
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib. Boyukmillet.com-un məlumatına görə, Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışda fərdi gimnastlar gənclər (2007 – 2009-cu il təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. Qaliblər həm ayrı-ayrı alətlərdə – top, halqa, gürzlər, lent, həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq. Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə …
Read More »Ukraynada indiyədək 103 körpə müharibənin qurbanı olub
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 103 körpə həlak olub. Boyukmillet.com “Hromadske”yə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru İrina Venediktova söyləyib. Onun sözlərinə görə, rəqəmlər ölkənin yuvenal xidmətindən alınıb.
Read More »“Şuşa İli” ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan olunub
Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib. Nazirlikdən verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır. Hazırda Şuşa …
Read More »Baş Prokurorluq: “Bacısını öldürüb heç kimə xəbər vermədən dəfn edən qardaşın əməli ifşa edilib”
Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, cari il martın 14-də Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan Şəhər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar