Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN rəsmisi bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını …

Read More »

İlham Əliyev: “İstəsək, xarici dövlət borcunu bir gün ərzində sıfırlaya bilərik”

“Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik”. Boyukmillet.com xəbər ki, bunu martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi zamanı Prezident İlham Əliyev deyib. “Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, …

Read More »

Bakıda mənzillərin qiyməti və ən çox bahalaşdığı ərazilər məlum oldu – “VECON”-un təhlili

Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” yanvar ayında paytaxtın 10 rayonu üzrə əmlak bazarının mövcud vəziyyətini təhlil edib.  Ötən ilin yekunlarına həsr olunmuş monitorinqin nəticələrinə görə, paytaxtın mənzil bazarında qiymətlərin kəskin artması faktı aşkar edilib. Məlum olub ki, 2021-ci ildə paytaxtda mənzilərin qiymət artımları ikirəqəmli ədədlərlə ifadə olunub. Bahalaşma tempinin davamlılığını analiz etmək üçün “VECON CONSULTING” fevral ayı …

Read More »

Gürcüstan hökuməti prezidenti məhkəməyə verir

Gürcüstan hökuməti Prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında bildirilib. Sənəddə qeyd olunub ki, dövlət başçısı xarici siyasətin həyata keçirilməsi prosesində ölkə konstitusiyasını pozub və Konstitusiya Məhkəməsi bunu təsdiq etməlidir. Hakim partiyadan bildirilib ki, son bir il ərzində prezidentin hökumətin irəli sürdüyü səfir və …

Read More »

İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib: – Hörmətli cənab nazir və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Sizi görməyə şadıq. Bu vacib mərasimdə iştirak etmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Ümidvaram …

Read More »

Baş nazir: “Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub”

“Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub”. Boyukmillet.com -un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliyinin sürətləndiilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın mənfi təsirinin azaldılması, rəqəmsal inkişafın inkişafı və s. kimi məsələlər …

Read More »

Vaqif Məmişov “Dostluq” ordeni ilə təltif edilib

Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.

Read More »

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq. Toplantıda hökumət üzvləri də iştirak edirlər.

Read More »

Bakıda aeroportunda saxta sənədlərlə ölkədən çıxmaq istəyən şəxslər saxlanılıb

Bakıda aeroportunda saxta sənədlərlə ölkədən çıxmaq istəyən şəxslər saxlanılıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır. Mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı …

Read More »

NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başlayıb

Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir. Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub. NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir. Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.

Read More »