Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında tarixi bir sənəd imzalandı. Bu, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya xətlərinin çəkilməsi barədə Anlaşma Memorandumudur. Saziş Azərbaycan dövlətinin və Azərbaycan liderinin bölgədə nə qədər çevik diplomatik siyasət yeritdiyinin parlaq nümunəsidir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əziz Ələkbərli …
Read More »Yearly Archives: 2022
Emin Həsənli: “Bu qərar ordunun komplekləşdirilməsinə heç bir mənfi təsir göstərməyəcək”
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini vətəndaşların çoxsaylı istəklərini nəzərə alaraq abituriyentlərə növbəti şansın verməsi çox humanist bir addımdır və təqdirəlayiqdir”.Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.Birlik sədri hesab edir ki, bu Azərbaycan dövlətinin təhsilə verdiyi önəmin daha bir bariz nümunəsidir.“Bir ildən artıqdır ki, valideyn və abituriyentlər bunu gözləyirdi. Onlar hazırlaşmışdılar və …
Read More »İlham Əliyev Macarıstanın yeni Prezidentini təbrik edib
Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Katalin Novaka təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli xanım Novak, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərin dinamik inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi və mədəni sahələrdə daim genişlənən əlaqələrimiz çoxtərəfli qaydada fəal əməkdaşlığımız ilə müşayiət olunur. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının …
Read More »Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürüb
Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürürməklə Avropa İttifaqı (Aİ) və rəsmi Bakı arasında gərginlik yaradıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Caliber.az saytı Belçikanın Eureporter.co saytına istinadən məlumat yayıb. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olmasını alqışladığı bir zamanda Azərbaycanın …
Read More »Martın 19-u iş günüdürmü? – RƏSMİ
Dövlət Əmək Müfəttişliyi Xidməti martın 19-nun qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Boyukmillet.com-un məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı xatırladıb ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. O qeyd edib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin …
Read More »Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. T.Klaar bildirib ki, səfər son günlər müşahidə olunan gərginliklə bağlıdır. “Gərginliyin artdığı bir vaxtda Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək məqsədinə sadiqliyini nümayiş etdirir”, – xüsusi nümayəndə vurğulayıb. Qeyd edək …
Read More »Azərbaycan-İran diplomatik əlaqələrinin 30 illiyinə həsr olunan tədbir keçirilir
Xarici İşlər Nazirliyində Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Boyukmilllet.com xəbər verir ki, bu barədə XİN tviterdə məlumat yayıb. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak edir. Hal-hazırda: XİN-də #Azərbaycan və #İran …
Read More »Azad edilən ərazilərdə daha 82 partlamamış hərbi sursat aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, martın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 27 mina və 82 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 86,9 hektar ərazi mina və partlamamış hərbi …
Read More »Qeyri-sabit hava şəraiti davam edəcək, Bakıda sulu qar yağacaq
“Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntının müşahidə ediləcəyi, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi gözlənilir”. Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, temperatur rejimi aşağı olacaq, Bakıda 5-7 dərəcə intervalında dəyişəcək: “Dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yağıntılar dağlıq və dağətəyi …
Read More »Operativ Qərargah: “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib”
Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks hücuma keçib. Boyukmilet.com “UNIAN”-a istinadən xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının Operativ Qərargahının nümayəndəsi Sergey Bratçuk feysbuk səhifəsində yazıb. “Biz İzyum yaxınlığında əks-hücuma keçdik. Ukraynalı hərbçilərin fəal əks-hücum hərəkətləri nəticəsində qarşı tərəf Topolskoye, Şpakovka, Donetsk yaşayış məntəqələri ərazisində itki verib və geri çəkilib”, – o bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar