Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə, 5 000-dən çox …
Read More »Yearly Archives: 2022
Qırğızıstanla Tacikistan arasında atışma olub
Qırğız Respublikası ilə Tacikistan arasındakı dövlət sərhədində silahlı qarşıdurma olub. Boyukmillet.com “Kabar”a istinadən xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin informasiya və kommunikasiya idarəsi bildirib. Məlumata görə, martın 10-da səhər saatlarında Tacikistan sərhədçiləri Qırğızıstanın Batken vilayəti Batken rayonun Teskey məntəqəsində sərhədin müəyyən edilməyən hissəsində növbə çəkərkən qarşı tərəfin sərhədçiləri əvvəllər hərəkət etdikləri marşrutu dəyişib. Tacikistan hərbçiləri …
Read More »Türkiyə və Ukrayna XİN başçıları arasında görüş olub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub. Boyukmillet.com xəbər verir ki, nazirlər Ankaranın Ukrayna və Rusiya arasında vasitəçiliyini müzakirə ediblər. Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.
Read More »Bu gün dünyanın gözü Antalyada olacaq
Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində baş tutacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi görüşdə iştirak edəcək. Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. …
Read More »Volodimir Zelenski Avropa ölkələrinə xəbərdarlıq edib
“Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky nyus”a müsahibəsində deyib. O bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: “Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın …
Read More »Azərbaycan vətəndaşlarının Naxçıvana səfəri üçün İranla sənəd imzalanacaq
Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə Anlaşma Memorandumu imzalayacaq. Boyukmillet.com xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib. O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib. “Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından …
Read More »Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə yola düşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.03.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 1,27 % artaraq 1,8793 manat, Rusiya rublunun məzənnəsi isə 5,34 % azalaraq 0,0124 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,87931 Rusiya rublu0,01241 Avstraliya dolları1,24451 Argentina pesosu0,01561 Belarus rublu0,61861 Braziliya rialı0,33921 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1128100 Cənubi Koreya vonu0,13821 Çexiya kronu0,0744100 Çili pesosu0,21131 Çin yuanı0,26901 Danimarka kronu0,25251 Gürcü …
Read More »Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub
Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, …
Read More »Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı start götürür
Bu gün Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək. Boyukmillet.com-un məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil olunacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq. Martın 13-dək davam edəcək mundialda 17 ölkədən 170 idmançının iştirakı gözlənilir. Gimnastlar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə mübarizə aparacaqlar. Yarışda Azərbaycanı gənclər arasında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar