Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarına ölkənin hərbi əməliyyatların davam etdiyi bütün regionlarındakı vəziyyət barədə məlumat verib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, xalqa və beynəlxalq ictimaiyyətə növbəti müraciətində bildirib. “Bu gün (dünən-red) mən Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə, Böyük Britaniyanın Baş naziri Boris …
Read More »Yearly Archives: 2022
MN: Ermənistanın Qarabağda guya gərginliyin olması barədə xəbərləri təxribatdır
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir”, – nazirlikdən əlavə ediblər.
Read More »Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə iri miqyaslı hücuma başlayıb
Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə 3 istiqamətdə iri miqyaslı hücuma keçib. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya hərbçiləri şəhərə əsasən Xerson şəhəri tərəfdən, Nikolayev aeroportu istiqamətində hücuma başlayıblar. Rusiya ordusuna məxsus digər hərbi qrup Krovoqrad şəhəri istiqamətində, başqa qrup isə Baştanka adlanan ərazi istiqamətində hücuma keçib. Şəhər mühasirəyə alınıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya hərbçilərinə qarşı ciddi müqavimət göstərır.
Read More »Fatma Yıldırım 8 Martı şəhid anaları ilə qeyd edib – FOTO
Boyukmillet.com Milli Məclisin xanım deputatı 8 Mart Beynəlxalq Qadınlar Gününü şəhid anaları ilə qeyd edib. Boyukmillet.com xəbər verir ki, bayram münasibətilə “Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşəbbüsüylə Bərdə rayon Mədəniyyət Mərkəzində şəhid anaları ilə görüş təşkil olunub. “Cənnətdən Cənnət mələyinə hədiyyə” adlı tədbirdə Milli Məclisin deputatı Fatma Yıldırım da iştirak edib. Deputat şəhid analarının bayramını təbrik …
Read More »Ərdoğan Rusiya və Ukrayna XİN başçılarının görüşündən gözləntilərini açıqlayıb
“Sabah Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə ümid edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O vurğulayıb ki, son günlər Azərbaycan Prezidenti İlham Əliyev, BMT Baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimi Zelenski və Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə telefon danışığı aparıb: “Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda, …
Read More »Azərbaycanda narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir
Azərbaycanda narkotik vasitələrin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası dəyişir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Belə ki, məcəlləyə uyğun olaraq maddi sübutlar barədə məsələnin həlli cinayət təqibi üzrə icraat başa çatdıqda məhkəmənin yekun qərarı ilə həll edilir. Təqdim edilən layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən …
Read More »Azərbaycanın hərbi dənizçiləri Türkiyədə təlim keçiblər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Türkiyədə təlim kursu keçiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Hidroqrafiya kurs”ları Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya Hidroqrafiyası və Okeanoqrafiya İdarəsinin nəzdində keçirilib və 2021-ci il sentyabrın 20-dən 2022-ci il martın 4-dək davam edib. Kurslarda Azərbaycan hərbi dənizçiləri ilə yanaşı Qazaxıstan hərbçiləri də iştirak edib.
Read More »Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır
Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Peyvənd İnstitutunun direktoru Ateş Kara məlumat verib. Onun sözlərinə görə, vaksinin Türkiyədə istifadəsinə başlanılıb: “Bakı Sağlamlıq Mərkəzi və digər xəstəxanalarda sınaqları aparılacaq”. Qeyd edək ki, Türkiyə Sağlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksinin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb.
Read More »İran-Əfqanıstan sərhədində atışma olub, iki iranlı hərbçi ölüb
İran və Əfqanıstan sərhədçiləri arasında toqquşma nəticəsində iki iranlı hərbçi ölüb. Boyukmillet.com “Tolonews”a istinadən xəbər verir ki, hadisəni yerli rəsmilər də təsdiqləyiblər. Bildirilib ki, hadisə Əfqanıstanın Nimroz əyalətinin Kanq rayonunda baş verib. Məlumata görə, Əfqanıstan fermerləri Kamal Xan su kanalında işləyirmiş. İran hərbçiləri sərhədi keçərək onların işləməsinə mane olmaq istəyib. Bu zaman iki ölkənin sərhədçiləri arasında toqquşma olub. Silahlı qarşıdurma nəticəsində …
Read More »MN: “Qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir”
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar