Prezident Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Münaqişədən zərər çəkmiş qadınların hüquqları” mövzusunda çıxış edərək müharibə zamanı qadınların hüquqlarına diqqət çəkib. O çıxışında insan …
Read More »Yearly Archives: 2022
Qərbi Azərbaycan İcması daha bir xarici təşkilatla Əməkdaşlıq Protokolu imzaladı
İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Türkiyənin İqdır bölgəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uzun illərdir böyük işlər görür. Təşkilatın dəvəti ilə Türkiyənin İqdır şəhərində olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İqdırdakı Azərbaycan Evini ziyarət etmiş, Dərnəyin başqanı Ziya Zakir Acarla, Dərnəyin qurucuları və üzvləri ilə görüşlər …
Read More »ABŞ Rusiyanı nüvə obyektləri yaxınlığında hərbi əməliyyatları dayandırmağa çağırıb
ABŞ Rusiyanı Ukraynanın nüvə obyektləri yaxınlığında hərbi əməliyyatları dayandırmağa çağırır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib. “Kreml dərhal Ukraynanın nüvə obyektləri yaxınlığındakı bütün hücumları dayandırmalı, həmçinin mülki personalın orada öz işlərini görməsinə icazə verməlidir”, – dövlət katibi vurğulayıb. Blinken hesab edir ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində Avropada sabitlik təhlükə …
Read More »“Zirə” “Sumqayıt”la, “Neftçi” “Səbail”lə qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. “Boyukmillet.com”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Hazırda “qartallar” 31 xalla 3-cü, “gənclik şəhəri” təmsilçisi 13 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Bunların 12-də meydan sahibləri, 6-da qonaqlar meydanı üç xalla tərk ediblər. Topların nisbətində …
Read More »Bostonda terror aktı törətməkdə təqsirli bilinən Çarnayevin edam cəzası bərpa edilib
2013-cü ildə ABŞ-ın Boston şəhərində terror aktı törətməkdə təqsirli bilinən Coxar Çarnayevin edam cəzası bərpa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb. ABŞ Ali Məhkəməsinin dünən qəbul etdiyi qərara əsasən, çeçen əsilli Coxar Çarnayevə verilən ölüm hökmü icra ediləcək. Altı hakim ölüm hökmünün bərpasına, üç hakim isə ləğvetmənin saxlanmasına səs verib. Qeyd edək ki, …
Read More »G7 ölkələrinin XİN başçıları Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb
G7 (Böyük Yeddilik”) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb. “Boyukmillet.com”un məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatda deyilir. “Rusiya dinc əhaliyə kəskin təsir göstərən və mülki infrastrukturu dağıdılan Ukraynaya qarşı uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini dərhal geri çəkməlidir. Prezident Putin …
Read More »Paytaxtda ata və oğlu yol qəzasında xəsarət alıb
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb. “Boyukmillet.com”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Ağ Şəhər yaxınlığında 1984-cü il təvəllüdlü Kərimov Elgün Arif oğlunun idarə etdiyi minik avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı E.Kərimov və oğlu, 2014-cü il təvəllüdlü Kərimli Altay Elgün oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə …
Read More »Azər Allahverənov: “Agentlik layihələrin peşəkar şəkildə icra olunmasında maraqlıdır” – VİDEO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihəsinin icrası davam edir.Təsviri Plana uyğun olaraq layihənin internet televiziyasında ilk müzakirəsi keçirlib. AXC TV-nin “Azad meydan” verilişinin qonağı olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov əvvəlcə cari məsələlərdən, …
Read More »Azərbaycan Avropanın qaz təchizatında mühüm yer tuta bilər
Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaqla bağlı 10 bəndlik plan dərc olunub. Boyukmillet.com xəbər verir ki, Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanan sənədin ikinci bəndində regionun ehtimal edilən mühüm qaz təchizatçıları kimi Norveç və Azərbaycan göstərilir. Qeyd edilir ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrinə Rusiyadan 140 milyard kubmetr təbii qaz və 15 milyard kubmetr LNG idxal olunub, …
Read More »Sabir Rüstəmxanlı: “Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”- Video
“Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.“Bu gün dünya çox ağır durumdadır və üçüncü dünya müharibəsinin başlanmasının astanasındadır. Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”,- deyə millət vəkili fikrini tamamlayıb.S.Rüstəmxanlı bildirib ki, Azərbaycanın haqq savaşı zamanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar