Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Read More »

NATO-nun Baş katibi: “Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır”

“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb: “Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. …

Read More »

Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir

Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib. Boyukmillet.com “HaberGlobal”a istinadən xəbər verir ki, mənbə Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutunu da açıqlayıb. Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır, Erebuni aviabazasında toplanılır. Ardınca onlar Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir. Vurğulanır ki, Rusiya bu muzdlularla Suriyada olduğu kimi …

Read More »

Putin qonşu ölkələri vəziyyəti gərginləşdirməməyə çağırıb

Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrə müraciət edib. Boyukmillet.com “Ria Novosti”yə istinadən xəbər verir ki, o, qonşu ölkələri vəziyyəti gərginləşdirməməyə və məhdudiyyətlər tətbiq etməməyə çağırıb. “Rusiya üzərinə düşən öhdəliklər yerini yetirir və bundan sonra da yetirəcək” – deyə, dövlət başçısı bildirib.

Read More »

Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında çıxış edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında çıxış edib. Boyukmillet.com verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Ukraynadakı hadisələr barədə fikir mübadiləsi apardıq. Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, – deyə o bildirib. M.Çavuşoğlu həmçinin rumıniyalı həmkarı Auresku Boqdan ilə danışıb. Tərəflər Ukraynadakı durumu, hər iki ölkə vətəndaşlarının təxliyəsini müzakirə ediblər.

Read More »

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb. Boyukmillet.com -un xəbərinə görə, nazirlikdən bildirilib ki, Rusiya qoşunlarına qarşı müqavimət davam edir: “Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq və blokadaya alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələrinin qrupları əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə, resursları köçürməyə başladı. …

Read More »

Rusiya ordusu Nikolayev şəhərinə daxil olub

Martın 4-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın cənubundakı Nikolayev şəhərinə daxil olub.  Boyukmillet.com xəbər verir ki, bu barədə Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib. O, sakinləri təvişə düşməməyə, qadın və uşaqları evləri tərk etməməyə çağırıb. Hazırda şəhərin Oktyabrsk rayonunda döyüşlər gedir.

Read More »

Ukraynada avtomobil raket atəşinə tutulub, bir azərbaycanlı ölüb

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub. Bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib. O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: “Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir”. A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.

Read More »

Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər

Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 5-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da ürək-damar xəstəlikləri olan bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Read More »

Prezident əmək pensiyası ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.  Boyukmillet.com xəbər verir ki, sərəncam “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamının icrasını təmin etmək və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək …

Read More »