Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə …
Read More »Yearly Archives: 2022
Ermənilər Azərbaycan Ordusunun Tovuz istiqamətindəki mövqelərini atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından …
Read More »Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib
Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib. Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib. Qeyd edək ki, Ukraynanın işğalında istifadə …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.03.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,22% azalaraq 1,8867 manat, Rusiya rublunun məzənnəsi isə 10,32 % artaraq 0,0171 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,88671 Rusiya rublu0,01711 Avstraliya dolları1,24111 Argentina pesosu0,01581 Belarus rublu0,61861 Braziliya rialı0,33321 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1108100 Cənubi Koreya vonu0,14121 …
Read More »Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib, 8-i ölüb
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bilidirilib ki, qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, …
Read More »KXDR lideri Üçüncü Dünya Müharibəsinə hazırlıq barədə göstəriş verib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib. Bu barədə Boyukmillet.com “Daily Star”a istinadən xəbər verir. Məlumata görə, Şimali Koreya lideri komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırıb. Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir. “Radio Free …
Read More »BMT Baş Assambleyasının sədri: Qətnamə Ukraynada atəşkəs çağırışını təkrarlayır
“Təhlükəsizlik Şurasının qətnaməsi Ukraynada davam edən vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir və dərhal atəşkəs, humanitar dəstəyə maneəsiz çıxış, dialoqa, diplomatiyaya qayıdış çağırışını təkrarlayır”. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri Abdulla Şahid özünün tviterdəki hesabında yazıb. Qeyd edək ki, BMT Baş Assambleyası ötən gün “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda …
Read More »Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək
Martın 15-dək Avropa İttifaqı (Aİ) Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Maire Avropa İttifaqının iqtisadi departament rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra bildirib. “Biz əlavə olaraq Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstəririk ki, bunun da 600 milyon avrosu martın 15-dək göndəriləcək”, – Le Maire …
Read More »ABŞ: Rusiya qoşunlarını Ukraynadan çıxarsa, danışıqlara hazırıq
Rusiya qoşunlarını çıxarsa və həmçinin danışıqlara başlasa, ABŞ Ukrayna ilə bağlı diplomatiyaya hazırdır. Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Əgər Rusiya qoşunlarını çıxarsa və danışıqlara hazırdırsa, biz də bunu etməyə hazırıq”, – ABŞ rəsmisi vurğulayıb. “Mən dostum və həmkarım, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə demək olar, …
Read More »ATƏT-in əməkdaşı Ukraynada həlak olub
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub. Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb. “Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, – ATƏT-in bəyanatında deyilir. Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar