ABŞ Ukrayna böhranının daha da gərginləşməsinin qarşısını almağa çalışır. APA TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. “Biz Ukraynada növbəti münaqişənin qarşısını almaq üçün çalışırıq”, – deyə Pentaqon rəhbəri qeyd edib. Ostinin sözlərinə görə, Rusiyanın Ukraynaya mümkün hərbi hücumu hər an baş verə bilər.
Read More »Yearly Archives: 2022
ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır
ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlamaq niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə The Wall Street Journal məlumat yayıb. Bildirilir ki, müvafiq qərar 24 saat ərzində verilə bilər. ABC telekanalı da Rusiya aviaşirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyi barədə məlumat verib.
Read More »Peskov: “Zelenskini Ukraynanın legitim Prezidenti hesab edirik”
“Rusiya Volodimir Zelenskini Ukraynanın legitim Prezidenti hesab etməyə davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Prezident təslim olmaq əmrini verə bilər ki, o zaman heç bir qurban da olmayacaq.
Read More »Emin Əmrullayev Ukraynada təhsil alan azərbaycanlıların durumundan danışıb
“Ukraynadakı azərbaycanlı tələbələrlə Xarici İşlər Nazirliyi işləyir. Müvafiq aidiyyəti dövlət qurumları da bu məsələyə dəstək verir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin tələbələrin məsələsində nazirlik dəstəkverici rola malikdir.
Read More »NATO Ukraynaya qoşun göndərməyəcək
“NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”. Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. “Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, – deyə o vurğulayıb. Qeyd edək ki, Y.Stoltenberq böhranın diplomatik yolla həllində maraqlı olduğunu bildirib.
Read More »Polşa Prezidenti: “Ukraynaya hərbi təyyarə göndərməyəcəyik”
“Ukraynaya hansısa təyyarə, o cümlədən hərbi təyyarə göndərməyəcəyik”. Boyukmillet.com xəbər verir ki, “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib. “Bu, hərbi müdaxiləyə şərait yaradar”, – o bildirib.
Read More »Fransanın maliyyə naziri: “Aİ Rusiyaya qarşı hərtərəfli iqtisadi müharibəyə başlayacaq”
“Avropa İttifaqı Rusiyaya qarşı hərtərəfli iqtisadi və maliyyə müharibəsi aparacaq”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bryuno Le Mer martın 1-də yerli radioya müsahibəsində bildirib. “Biz Rusiyaya qarşı hərtərəfli iqtisadi və maliyyə müharibəsinə başlayacağıq. Bunun nəticələrini rus xalqı ödəyəcək”, – deyə nazir vurğulayıb.
Read More »Gürcüstan azərbaycanlıları Ukraynaya dəstək aksiyası keçirirlər
Gürcüstanın Marneuli rayonunun mərkəzində Ukraynaya dəstək aksiyası keçirilir. Boyukmillet.com xəbər verir ki, aksiyada bir qrup soydaşımız iştirak edir. Onlar yürüş edərək “Yaşasın Ukrayna!”, “Müharibəyə yox” şüarları səsləndirirlər.
Read More »Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib
Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib. Bu barədə “Report”a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib. “Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu təxliyə edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik. Təxliyə ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda …
Read More »Dövlət Xidməti: “Elektron satınalmalarda bu il böyük artım gözləyirik”
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti bu il elektron dövlət satınalmalarında böyük artım gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. “Ötən il satınalmalarda iştirak haqları kəskin azaldılıb və Nazirlər Kabineti bunu reqlamentləşdirib”, – deyə o, əlavə edib. Bundan başqa, M.Abbasbəyli deyib ki, dövlət satınalmaları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar