Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib. “Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür etdim. Həmçinin Almaniya, Ukrayna və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığımı bildirdim”, …
Read More »Yearly Archives: 2022
Prezident: “Azərbaycan-Rusiya münasibətləri çox dinamik inkişaf edir”
“Azərbaycan və Rusiya arasında münasibətlər çox dinamik inkişaf edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib. “Biz daimi əlaqədəyik, telefonla əlaqə saxlayırıq və təbii ki, şəxsi görüşlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında son dərəcə vacib sənədin imzalanması öncəsi isə bu, xüsusilə önəmlidir. Bunun, sizin də qeyd …
Read More »İlham Əliyev: “Bu il Rusiya ilə ticarət dövriyyəsi arta bilər”
“Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi bu il daha da arta bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Moskva şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib. “İqtisadi əlaqələrdə müsbət dinamika barədə fikirlərinizi bölüşdüyümü bildirmək istərdim. Qeyd etdiyiniz kimi, ticarət dövriyyəmiz 3 milyard dolları keçib ki, bu da 16 faiz artım deməkdir. Bu il də artım gözlənilir və …
Read More »Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb
Azərbaycan Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib. Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Read More »Ərdoğan Ukrayna ətrafındakı gərginliyə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı gərginliyə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasından xəbər verilib. Bildirilir ki, Ərdoğan məsələni sülh yolu ilə həll etmək üçün tərəfləri diplomatiyanın bütün imkanlarından istifadəyə çağırıb. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
Read More »Azərbaycanın maliyyə sektoru ETSN ilə əməkdaşlıq edəcək
Bu gün Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə assosiasiyaları – Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması və ətraf …
Read More »Moldovada yaşayan azərbaycanlılar Xocalı soyqırımı ilə əlaqədar piket keçiriblər
Moldovada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar BMT və ATƏT-in Moldovadakı nümayəndəlikləri önündə dinc piket keçiriblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində Azərbaycan və Moldova bayraqlarını tutan piketçilər “Xocalını unutmayacağıq!”, “Xocalıya ədalət!”, “Dünya, …
Read More »İlham Əliyev: “Bu gün Azərbaycan və Rusiya arasında tarixi sənəd imzalanacaq”
“Bu gün Azərbaycan və Rusiya arasında çox vacib, tarixi sənəd imzalanacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüş zamanı bildirib. “Gündəlik xeyli genişdir. Bu, xüsusi bir səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyaya səfər edirəm, amma bu, xüsusi bir səfərdir, çünki bu gün biz çox vacib, tarixi sənəd imzalayacağıq”, – …
Read More »Azərbaycan Prezidenti Rusiya ilə münasibətlərdə rus dilinin vacibliyindən danışıb
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərdə rus dilinin vacibliyini qeyd edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib. “Rus dilini bilmədən gələcək nəsillərin kommunikasiya qurması çox çətin olar”, – Prezident deyib. Putin Azərbaycanda rus dilinə göstərdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Read More »Azərbaycanda daha 2 372 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 777 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib. 26 198 nəfər aktiv …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar