Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Qarabağ xalçaları Moskvada nümayiş etdirilir

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada Azərbaycan günləri başlayıb. Boyukmillet.com xəbər verir ki, “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub. Bu çərçivədə fevralın 21-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” Səhmdar Cəmiyyəti …

Read More »

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq törətmiş şəxsə cinayət işi açılıb

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq törətmiş şəxsə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş …

Read More »

Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib

Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luqansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də həmin “respublika”ları onların öz “səlahiyyət”lərini icra etdiyi sərhədlər daxilində tanıdıqlarını açıqlayıb. Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublika”larının “müstəqilliy”ini tanımaqla bağlı fərmanlar imzalayaraq həmin qurumlarda …

Read More »

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 58,6 milyon manat məbləğində xalis mənfəət əldə edib. Boyukmillet.com  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Yanvar ayı ərzində bankların əməliyyat gəlirləri 260,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,5 % çox), əməliyyat xərcləri 166,7 milyon manat (23,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 21,3 milyon manat (2 dəfə az), mənfəət vergisi ödəmələri isə 14 milyon manat (55,6 % çox) …

Read More »

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir

“Mənə Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı sorğu gəlib”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib. Dövlət başçısı XİN-in sorğusunu nəzərdən keçirəcəyini bildirib. V.Zelenski həmçinin separatçı başçıların ona müraciətinə də toxunub: “Biz onlarla danışmırıq. Biz onların kim olduğunu anlamırıq”. Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində yaradılan qondarma Luqansk və Donetsk “respublika”larının başçıları …

Read More »

Ərdoğan: “Fələstin problemi ilə bağlı həll variantları gündəmə gələ bilər”

“Fələstin problemi ilə bağlı həll variantları gündəmə gələ bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfərinə əhəmiyyət veririk. Başqa bir mühüm məqamda Türkiyə-İsrail münasibətlərində təbii qazdan digər sahələrədək müxtəlif addımların atılmasıdır. Əvvəl bu addımları atmaq üçün imkan olmuşdu, amma o vaxtı İsrail Prezidentinin bu məsələyə mənfi münasibətinə görə proses …

Read More »

Vilayət Eyvazov Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib. Tədbirdə çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiyini, ölkəmizdə mövcud olan sabitliyin, təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin …

Read More »

Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadakı müvəqqəti işlər vəkili Vasili Pokotilonu məsləhətləşmə üçün geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona XİN-dən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə dair sorğunun göndərildiyini bildirib. Dövlət başçısı sorğunu nəzərdən keçirəcəyini söyləyib. Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın …

Read More »