Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət …
Read More »Yearly Archives: 2022
Dövlət Bağçalı: “Ukraynadakı böhran Azərbaycan və digər türk dövlətlərinə sirayət etməməlidir”
“Qazaxıstanda sınaqdan keçirilən, Ukraynada da baş verən böhranın Azərbaycan və digər türk dövlətlərinə sirayət etməməsi vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı rəhbərlik etdiyi siyasi təşkilatın ölkə parlamentindəki fraksiyasının toplantısında deyib. “Cənubi Qafqazda işğal həvəsinə düşənlərin, türk yurdlarında istila arxasınca qaçanların oyunları ciddi təhdid olaraq qiymətləndirilməlidir. Bunun üçün ayıq olmalı, diqqətli hərəkət etməliyik. …
Read More »Qubada narkokuryerlər saxlanılıb
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri – Sahil Məmmədov, Hüseyn Məmmədov və Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə …
Read More »Jozef Borrel: “Bu gün Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edəcək”
“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı ilk sanksiyaları fevralın 22-də qəbul ediləcək”. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib. Onun sözlərinə görə, bu sanksiyalar Aİ-nin DXR və LXR-in tanınmasına tam cavabı olmayacaq.
Read More »Azərbaycan Yüksək Liqası növbəti turların proqramı açıqlanıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların yeri və vaxtı dəqiqləşib. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 23-də VII turun matçları keçiriləcək. Tura saat 15:00-da başlayacaq “Neftçi” – MOİK qarşılaşması ilə start veriləcək. Ardınca “Ekspress” – “Murov” görüşü baş tutacaq. Fevralın 27-də isə VIII turda ilk olaraq, meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.02.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,56 % azalaraq 1,9211 manat, Rusiya rublunun məzənnəsi isə 4,05 % geriləyərək 0,0213 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,92111 Rusiya rublu0,02131 Avstraliya dolları1,22431 Argentina pesosu0,01591 Belarus rublu0,65491 Braziliya rialı0,33291 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1119100 Cənubi Koreya vonu0,14221 …
Read More »Dövlət Bağçalı: “Xocalı da, Qarabağ da türklərindir, bu həqiqəti kimsə dəyişə bilməz”
“Xocalı türklərindir. Qarabağ türklərindir. Bu həqiqəti kimsə dəyişə bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının toplantısında deyib. “Gözümüz soydaşlarımız olan hər yerdədir. Həmin yerlərdə müxtəlif faciələr yaşanıb. Xocalı faciəsi onlardan sadəcə biridir. Tam 30 il əvvəl, yəni 1992-ci il ildə Qarabağın Xocalı şəhərində canımızdan …
Read More »Baş prokuror: “Mediada insanların şərəf və ləyaqətini təhqir edən, sensasiya xarakterli məlumatlar olmamalıdır”
“Bəzi hallar olub ki, biz bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. “Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya …
Read More »Türkiyə XİN ölkə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırıb
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınması haqqında fərmanından sonra Ukraynanın şərq bölgələrində baş verən son hadisələr səbəbindən öz vətəndaşlarına həmin əraziləri tərk etməyə çağırıb. “Ukraynanın şərq bölgələrində baş verən son hadisələr çərçivəsində vətəndaşlarımızın bu ölkənin şərq bölgələrini tərk etmələri tövsiyə olunur. Vətəndaşlarımıza lazım olduqda Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə edilir”, – Türkiyə …
Read More »Zelenski xalqa müraciət edib: “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq”
“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib. “Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, – Zelenski vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ukrayna “Normand dördlüyü”nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib. Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar