“İlk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş islahatlar aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin …
Read More »Yearly Archives: 2022
Prezident İlham Əliyev yeni icra başçılarını videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı videoqəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün siz icra başçıları vəzifəsinə təyin …
Read More »Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrutları və dəhlizləri müəyyən edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib. Boyukmillet.com xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. Onun sözlərinə görə, artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. “Buna paralel olaraq layihələndirmə işləri də aparıırıq. Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı …
Read More »Ukraynalı səyyah: “Xocalı faciəsi çoxları üçün böyük tarixi dərs olmalıdır”
“Zəngəzur dəhlizinin tikilməsi ilə bağlı genişmiqyaslı işlərin görüldüyü göz qabağındadır”. Bunu “Report”a açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, ukraynalı səyyah Orest Zub bildirib. Səyyahlar Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə aparılan işlərin gedişatı ilə tanış olublar. Ukraynalı səyyah səfərin maraqlı keçdiyini bildirib: “Bu, çoxları üçün böyük …
Read More »Prezident Kürdəmirə yeni icra başçısı təyin edib
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Elxan İbrahimov
Read More »Tanınmış səyyahlar qrupunun işğaldan azad edilən ərazilərə səfəri başa çatıb
İyirmi bir ölkənin tanınmış səyyahlarından ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, səfərin sonuncu günü səyyahlar azad olunan ərazilərdə aparılan bərpa işləri və Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı şəhər” konsepsiyası, həmçinin Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə görülən işlərlə tanış olublar. Dəmir yolu xətti ilə tanışlıq zamanı …
Read More »Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib
Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru Zaur Abdullayev tutduğu vəzifədən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis …
Read More »Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib
Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə …
Read More »Macar səyyah: “Azad olunan ərazilərdə bərpa işlərinin sürətindən heyrətləndim”
“Müharibə çox həssas mövzudur. İnsanlar din və ya etnik mənsubiyyət fərqinə görə müharibə etməməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, macarıstanlı səyyah İldiko Szabo bildirib. İ.Szabo Xocalı faciəsi haqqında məlumatlardan şoka düşdüyünü bildirib: “Xocalı hadisəsi insanda dəhşət doğurur. Onun haqqında eşitdikdə şoka düşmüşdüm”. “Mənim üçün müharibə çox həssas mövzudur. İnsanların dinə, …
Read More »Azərbaycanın 14 hərbçisi Türkiyədə təlim kursunu bitirib
Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə 2021-2022-ci il Təhsil və Təlim Dövrünü bitirərək məzun adını qazanıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter səhifəsində məlumat yayıb. Buraxılış mərasimində səfirliyinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və digər şəxslər iştirak edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar