Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

BMT baş katibi Liviyaya çağırış edib

BMT baş katibi Antoniu Quterreş Liviyaya çağırış edib. Boyukmillet.com xəbər verir ki, A.Quterreş ölkədə müharibə edən tərəflərə xalqın iradəsinə hörmət edilməsinə və seçkilərin mümkün qədər tez keçirilməsinə çağırıb. “Ölkədə prezident və parlament seçkiləri prioritet olmalıdır”, – deyən A.Quterreş Liviyanın şərqində yerləşən Tobrukdakı Nümayəndələr Palatasının keçmiş daxili işlər naziri Fəthi Başağanın baş nazir seçilməsindən sonra tərəflərin də şəffaflıqla qərarlar qəbul etməli …

Read More »

İspaniyanın dörd qırıcısı NATO missiyasında iştirak üçün Bolqarıstana enib

İspaniyanın “Eurofighter” qırıcıları NATO hava məkanını mühafizə missiyasında iştirak etmək üçün Bolqarıstandakı Qraf-İqnatyevo aviabazasına enib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Martın 31-dək qırıcılar və 130 ispan hərbi qulluqçusu Bolqarıstan Hərbi Hava Qüvvələrindəki həmkarları ilə birlikdə hava məkanının gücləndirilmiş mühafizəsi üzrə tapşırıqları yerinə yetirəcək. Daha əvvəl Müdafiə Nazirliyi xatırladıb ki, NATO-nun …

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada 29 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Fərat Qalxanı” əməliyyat zonası ərazisinə hücum təşkil etməyə cəhd edən 28 terrorçu məhv edilib. Həmçinin “Barış Pinarı” əməliyyatı aparılan ərazilərə atəş açan 1 silahlı öldürülüb.

Read More »

Azərbaycan əsilli yeniyetmə Fransa Şahmat Çempionatına qatılacaq

Fransanın Strasburq şəhərində yaşayan Azərbaycan əsilli Dəniz Ramazanov Frans Alzas regionu və Aşağı Ren (Bas Rhin) departamenti üzrə keçirilmiş şahmat üzrə çempionatlarının qalibi olub. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, son iki turnirin qalibi olmuş Dəniz cari ilin aprelində Ajan şəhərində keçiriləcək Fransa Çempionatında iştirak edəcək. Dənizin 10 yaşı olmasına baxmayaraq, o, 12 yaş kateqoriyasından olan rəqiblərinə qarşı mübarizə aparıb və …

Read More »

Niderland, Britaniya və Yaponiya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib

Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib. “Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər”, – Britaniya mediası məlumat yayıb. …

Read More »

“AMEA-da təcili struktur və kadr islahatları aparılmalıdır” – Deputat

Artıq bir müddətdir ki, AMEA ətrafında müzakirələr bitmək bilmir, tərəflər bir-birini ittiham edir. Niyə alimlər, ziyalılar AMEA-nı bu qədər sərt şəkildə hədəfə götürüb? Niyə AMEA özünü bu qədər sərt şəkildə hədəfə gətirib? Bu, təsadüfdürmü? Əvvəla onu deyim ki, 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra millət və dövlət olaraq qarşımızda çox böyük perspektivlər açılıb. Biz bu qələbəyə ilk növbədə …

Read More »

Samir Adıgözəlli: “Məmurların idman federasiyalarının prezidenti olmasının qəti əleyhinəyəm”

Müxtəlif idman növləri üzrə fəaliyyət göstərən federasiyaların, demək olar ki, hamısının rəhbəri məmurlar, nazirlərdir. Sanki federasiyalara bunlardan başqa heç kəs rəhbərlik edə bilməz. Təcrübə isə göstərir ki, məmurların rəhbərlik etdiyi federasiyalar özunu doğrultmur. Hətta iddialara görə, məmurların rəhbərlik etdiyi idman federasiyalarında daha çox maliyyə yeyintisi, mənimsəmələr olur. Bəzi iddialara görə isə, federasiyaların çoxunda vergi yoxlamaları da formal aparılır. Biz son …

Read More »

Şuşanı içməli su ilə təmin edəcək alternativ mənbə müəyyən olunub

Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun 2-ci iclası keçirilib. Bu barədə  “Azərsu” ASC-dən məlumat verilib. Şuşada baş tutmuş iclasda səhmdar cəmiyyərinin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları, mütəxəssislər iştirak edib. Əvvəlcə mədəniyyət paytaxtının içməli su təchizatının bərpası məqsədilə …

Read More »

Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub

Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Pərviz Hacıyev vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə onun özü bildirib. O, istəyi ilə vəzifəsindən ayrıldığını qeyd edib və bu addımı öz inkişafına və pasiyentlərinə daha çox vaxt ayırmaq üçün atdığını deyib. P.Hacıyev etimad göstərdiklərinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.

Read More »

Prezident: “Zəngəzur dəhlizi üzərindən Naxçıvana, ordan Türkiyə və İrana yeni xətt çəkilişi planlarımızdadır”

“Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə …

Read More »