Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram …
Read More »Yearly Archives: 2022
Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
Fevralın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, …
Read More »Udmurtiya nümayəndə heyəti Azərbaycana səfər edəcək
Udmurtiya Muxtar Respublikası Prezidentinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi – Udmurtiya Hökuməti sədrinin müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti bu il fevralın 21-dən 23-dək Azərbaycanda səfərdə olacaq. “Report” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Udmurtiyanın iş adamları, təhsil müəssisələrinin və ictimai təşkilatlarının nümayəndələri daxildir. İşgüzar proqramda Muxtar Respublikanın 12 istehsal və 2 ali təhsil müəssisəsinin, 1 ictimai təşkilatın nümayəndələri iştirak edəcəklər. …
Read More »Azərbaycan indiyədək Ermənistana 1 709 erməni hərbçinin meyitini təhvil verib
“Azərbaycan indiyədək Ermənistana 1 709 erməni hərbçinin meyitini təhvil verib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualını cavablandırarkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sonra deyib. Onun sözlərinə görə, Azərbaycan həmçinin birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin axtarışını davam etdirəcək: “Başa düşürük, çox güman ki, bu insanlar həyatda deyillər, lakin onların qohumları, dostları var”.
Read More »“Tərtər işi” ilə bağlı hərbçilərə işgəncə verən şəxslər həbs edilib – RƏSMİ
“Tərtər işi” ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), …
Read More »Somalidə silahlılar məscidə gələn şəxsləri atəşə tutublar
Şəxsiyyəti müəyyənləşdirilməmiş silahlılar ötən gecə Somalinin cənubunda məscidə hücum ediblər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Şebelle regionunun Afqoye rayonunda baş verib. Məscidə daxil olan silahlılar orada olan şəxsləri atəşə tutublar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücumun səbəbi məlum deyil. Bu rayon son zamanlar tez-tez “Əş-Şəbab” qruplaşmasının hücumlarına məruz qalır. Ordu və təhlükəsizlik qüvvələri məscidin …
Read More »“Tərtər işi” ilə bağlı daha 163 şəxs müəyyən edilərək zərərçəkmiş qismində tanınıb, ümumi say 281-ə çatıb
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş …
Read More »Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yayıb
Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları …
Read More »Azərbaycanın avtomobil bazarında qiymət artımı davam edir
“Bu ilin yanvar ayında Azərbaycanda avtomobil satışlarında ötən ilin dekabr ayına nisbətən 20 % artım olub”. Bu barədə “Report”a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, bazarda əsas tələb mühərrik həcmi 2 min kubsantimetr olan krossoverlərə olub: “Həmçinin hibridlərə böyük maraq var. Yanvar ayında da Azərbaycana gətirilən həm köhnə, həm də yeni hibrid avtomobillərin sayı artıb. Ölkəyə benzin və dizellə çalışan avtomobillərin gətirilməsi …
Read More »Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqlayıb
Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” qanunun imzalanmasından sonra bu sənədin hədəflərini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli açıqlama verib. “Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik? – Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına; – Milli informasiya resurslarımızın güclənməsinə; – Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına; – …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar