Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir. Fərmana görə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət …

Read More »

Mikayıl Cabbarov türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsinə dair təşəbbüsləri sadalayıb

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşdə bildirib. “Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının …

Read More »

Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verilib – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.18-1-ci, 3.1.19-1-ci, 3.1.19-2-ci, 3.1.22-1–3.1.22-3-cü, 3.1.25-1–3.1.25-3-cü və 3.2.5-1-ci yarımbəndlər əlavə edilib: “3.1.18-1. Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı …

Read More »

MTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır

Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, Audiovizual Şura yaradılır. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanında öz əksini tapıb. Audiovizual Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, MTRŞ-nin səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək …

Read More »

Ekspertdən Rusiya sülhməramlılarına XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Tərtər istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub. Xatırladaq ki, 44 günlük Vətən müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə …

Read More »

O nidanı oxa çevirib “Tərtər” işgəncələrini törədənlərin ürəyinə sancın, cənab Prezident

Boyukmillet.com jurnalist Ceyhun Musaoğlunun Tərtər işi ilə bağlı yazısını təqdim edir:Niyə belə edirsiz axı? Meyiti xoşbəxt etmək “həqiqətini” hardan çıxarmısız. Günahkar deyildisə, niyə işgəncə yaşadı, lap elə günahkar idi, niyə işgəncə yaşadı? İlahi, neçə-neçə dəhşətli roman mövzuları varmış. Xüsusən “Tərtər hadisləri” adıyla manşetləri “bəzəyən” xəbərlər üzrə. Növbətisi yayılıb. Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə …

Read More »

DANİB Şirvan və Xırdalanda təlimlər keçirib

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə “Sağlam Həyat tərzi Festivalı” adlı layihə çərçivəsində Şirvan və Abşeron rayonunun Xırdalan şəhərində təlimlər keçirib. Boyukmillet.com xəbər verir ki, Şirvan şəhər Gənclər evində keçirilən ilk təlimdə giriş sözü ilə çıxış edən DANİB sədri Elməddin Behbud təmsil etdiyi təşkilat barədə məlumat verib və “Sağlam …

Read More »

Pensiyaçılara veriləcək 200 manatın nə vaxt ödəniləcəyi açıqlanıb

“Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək”. Boyukmillet.comxəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. O bildirib ki, həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək: “İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə …

Read More »

Prezident yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün …

Read More »

Sabah havanın temperaturu 18 dərəcəyədək artacaq

Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 …

Read More »