Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandal söyləyib. Məlumata görə, R.T.Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək. Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.
Read More »Yearly Archives: 2022
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli zabit heyəti və hərbi qulluqçular şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində qəhrəmanın anım tədbiri keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin …
Read More »Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsi məlumat yayıb. Nazir Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini qeyd edib və Türk Şurasının Katibliyinin fəaliyyətini məmnunluqla vurğulayıb. Bölgədəki cari vəziyyətlə bağlı qarşı tərəfə məlumat verən C.Bayramov o cümlədən azad edilmiş ərazilərdə …
Read More »Azərbaycan derbisində Mübariz İbrahimovun doğum günü qeyd olunub
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü “Neftçi” və “Qarabağ” arasında keçirilən Premyer Liqanın XV tur matçından öncə qeyd olunub. Boyukmillet.com xəbər verir ki, görüşün oynanıldığı “Bakcell Arena” stadionunun monitorlarında İbrahimovun fotosu nümayiş etdirilib. Daha sonra isə Dövlət Himni səsləndirilib. Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə gedir və hesab açılmayıb.
Read More »Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərman Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Fərmanla Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən …
Read More »Naxçıvana yeni daxili işlər naziri təyin edilib
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, bu vəzifəyə polis polkovniki Rəşad Rafiq oğlu İsmayılov gətirilib. Ali Məclis Sədrinin sərəncamı ilə Zahid Əjdər oğlu Gözəlov isə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin edilib.
Read More »Samir Adıgözəlli: “Bu mənimsəmələrə birbaşa Əbülfəs Qarayev rəhbərlik edib”
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun əməlləri ilə bağlı detallar açıqlanıb. Yerli KİV-lərin yaydığı məlumatlara görə, Z.Sultanov istintaqa ifadəsində deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib. Belə ki, Z.Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq …
Read More »Xarkovda Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı bilbordlar quraşdırılıb
Boyukmillet.com xəbər verir ki, Azərbaycan və Ukrayna dostluğunun şərəfinə və Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən elektron təbrik lövhələri quraşdırılıb. Quraşdırılan təbrik lövhələrində “Biz şadıq ki, Azərbaycan ilə Ukrayna arasında diplomatik və dostluq əlaqələri xalqlarımızın rifahı naminə uğurla inkişaf edir və genişlənir” sözləri yer alıb. Ayna Fərhad
Read More »Azərbaycan və Cənubi Afrika səfirləri arasında görüş olub
Azərbaycan və Cənubi Afrika Respublikasının Türkiyədəki səfirləri Rəşad Məmmədov və Dipuo Berta Letsatsi-Duba arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyinin tviter səhifəsində məlumat yayılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair mövzular müzakirə edilib. Diplomatların Azərbaycan səfirliyində olduğu qeyd olunub.
Read More »BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır. Fərmanla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar