Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Boyukmillet.com müsahibəni təqdim edir. Müxbir: Cənab Prezident, öncə suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli işlər görülüb. Bu işlər barədə fikirlərinizi bilmək istərdik. Prezident İlham Əliyev: Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə …
Read More »Yearly Archives: 2022
Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində …
Read More »Azərbaycanda yeni idman federasiyası yaradılıb
Azərbaycanda yeni idman federasiyası yaradılıb. Boyukmillet.com-un məlumatına görə, bu, Qış İdman Növləri Federasiyasıdır. Federasiyanın prezidenti Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib. Yeni federasiyaya dağ xizəyi, snou boldinq, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq. Gənclər və İdman Nazirliyində keçirilmiş təsis konfransından sonra F.Nağıyev jurnalistlərə bildirib ki, Azərbaycan Dağ Xizəyi Federasiyası və Fiqurlu Konkisürmə Federasiyası ləğv …
Read More »Azərbaycanın Ermənistana sülh təklifinin məqsədi açıqlanıb
“Azərbaycan Ermənistana sülh təklif etməklə yeni insan təlafatını istisna etmək istəyir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri aparılır: “Artıq bir neçə şəhərin Baş Planı da hazırdır. Bu işlər davam etdirilir”.
Read More »Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. Dörd yaşayış məntəqəsini birləşdirən yolun …
Read More »Şimali Koreya ballistik raket atdığını təsdiqləyib
Şimali Koreya rəhbərliyi orta mənzilli ballistik raket atdıqlarını təsdiqləyib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, söhbət “Hwasong-12” raketindən gedir. Yaponiya Sahil Mühafizəsi bazar günü səhər KXDR-dən ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib. Yaponiya Müdafiə Nazirliyi də mümkün atış barədə məlumat yayıb. Dənizdə olan gəmilərə diqqətli olmaq və …
Read More »Ermənistan Prezidentinin istefa ərizəsi qüvvəyə minib
Ermənistan Prezidenti Armen Sarkisyanın istefa ərizəsi qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir. Ermənistan prezidentinin administrasiyası ərizəni geri götürüldüyünü açıqlamayıb. Xatırladaq ki, yanvarın 23-də Armen Sarkisyan ölkə parlamentinə istefa ərizəsi göndərib.
Read More »Yunanıstan parlamenti hökumətə etimad göstərib
Yunanıstan parlamenti Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya Partiyası tərəfindən qurulan hökumətə etimadsızlıq votumunu dəstəkləməyib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu, ölkənin ali qanunverici orqanında keçirilən səsvermənin nəticələrində öz əksini tapıb. 300 yerlik birpalatalı parlamentdə hakim partiyanın 156 deputatı hökumətə etimad göstərib. Bütün müxalifət partiyalarından 142 deputat hökuməti dəstəkləməyib. Bir deputat bitərəf qalıb. Ümumilikdə 299 …
Read More »Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Rəsulzadənin anadan olmasından 138 il ötür. M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. O, 1904-cü ildə “Hümmət” Təşkilatının yaradılmasında iştirak edib. 1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. O, 1910-cu ildə İran Demokrat Partiyasının əsasını qoyur. Həmçinin “İrane Nou” və …
Read More »“Biz Rusiyanı Qarabağa buraxmadıq, amma Rusiya bizi Qarabağa buraxdı” — Deputat Moskvanın MÜDAFİƏSİNƏ QALXDI
Müsavat TV-nin efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev arasında Rusiya mövzusunda fikir ayrılığı yaşanıb. Öncə Ə.Zeynallı Ukrayna ilə Azərbaycan arasında müqayisə aparıb. Ardınca isə iştirakçılar arasında fikir ayrılığı yaranıb. Dialoqu təqdim edirik: Ə.Zeynallı: Hələ biz də Qarabağdakı badirəni tam keçməmişik. Xankəndi durur, rus ordusu ordadır. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar