Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib

Cənubi Koreya hökuməti İranın BMT-yə üzvlük haqqı ilə bağlı yaranan borcunu ödəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Qeyd olunub ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb. Qeyd olunur ki, …

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada 10 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG-nin 10 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular “Barış Pinarı” əməliyyatı zonasını atəşə tutmağa hazırlaşarkən məhv edilib. Uğurlu əməliyyat Türkiyə xüsusi təyinatlıları tərəfindən həyata keçirilib. Nazirlik Türkiyə ordusunun bölgədə vəziyyətin sabitliyinin pozulmasına imkan verməyəcəyini vurğulayıb.

Read More »

Avropanın enerji komissarı qaz tədarükünün müzakirəsi üçün Azərbaycana gələcək

Avropanın enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycana səfər edəcək. O, Azərbaycanda və ABŞ-da bu mövzuda keçiriləcək konfranslarda iştirak edəcək. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropanın enerji komissarı Kadri Simson Fransada qitə ölkələrinin enerji nazirləri ilə görüşdən sonra bildirib. Tərəfdaş ölkələrlə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etdiklərini vurğulayan Simson …

Read More »

Ərdoğan Türkiyədə 3+3 formatında görüşü planlaşdırdığını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. “Prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. Onun sözlərinə görə, Ankara 3+3 platforması çərçivəsində Türkiyədə növbəti görüş keçirməyi planlaşdırır”, – …

Read More »

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb. Yaralı sayı 226 nəfər təşkil edir. Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi. Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir. …

Read More »

Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq

Deputat: Dövlətimizin başçısının Zəngəzurun tarixi barədə fikirləri Azərbaycanın bu məsələdə mövqeyi ilə bağlı ermənilərə çox mühüm mesaj oldu Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin bir sıra məqamlarına aydınlıq gətirdi. Bu məqamlar sırasında Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişi ön sırada dururdu. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfinin təklifi hər iki ölkənin bir-birinin ərazi …

Read More »

S&P Azərbaycanın kredit reytinqlərini təsdiq edib

“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini BB+/B səviyyəsində təsdiq edib. Boyukmillet.com bu barədə agentliyə istinadən xəbər verir.  Məlumata görə, reytinqlər üzrə proqnoz “Sabit”dir. “Sabit proqnoz ondan xəbər verir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş razılaşma qüvvədə qalacaq, əlverişli neft qiymətləri və qaz ixracının artması yaxın 12 ay …

Read More »

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. …

Read More »

ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir

ABŞ-ın BMT-dəki səfiri Rusiyaya qarşı hərbi tədbirlərin görülməsi üçün şərtləri açıqlayıb. Bu barədə Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir. “Birləşmiş Ştatlar Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı iqtisadi tədbirlərlə yanaşı, hərbi tədbirləri də nəzərdən keçirir”, – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. “Hərbi əks tədbirlər də nəzərdə tutulurmu” sualına Tomas-Qrinfild belə cavab verib: “Cavabımız baxımından heç nəyi istisna etmədiyimizi …

Read More »

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb

Samur-Abşeron kanalında tank və top mərmiləri tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib. Pirotexniklər tərəfindən hadisə yerinə …

Read More »