Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Bildirilib …
Read More »Yearly Archives: 2022
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.01.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,05% azalaraq 1,9252 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0221 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,92521 Rusiya rublu0,02211 Avstraliya dolları1,22221 Argentina pesosu0,01631 Belarus rublu0,66221 Braziliya rialı0,31271 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1114100 Cənubi Koreya vonu0,14241 Çexiya kronu0,0792100 Çili pesosu0,21191 Çin …
Read More »Kolumbiya mətbuatı 20 Yanvar faciəsi barədə yazıb
Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Azadlıq uğrunda iztirablar” başlıqlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, yazıda 1990-cı ilin 19 yanvar tarixindən 20-ə keçən gecə Sovet İttifaqının o vaxtkı rəhbəri, müəllifin “saxta sülhpərvər” adlandırdığı Mixail Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun Bakıya daxil olaraq …
Read More »Kolumbiyada iki silahlı hücum olub, ölənlər və yaralananlar var
Kolumbiyanın şimalındakı Antiokiya departamentinin El-Baqre bələdiyyəsinə naməlum şəxslərin hücumu nəticəsində azı iki polis ölüb, bir polis əməkdaşı yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Espectador” qəzeti məlumat yayıb. Məlumata görə, naməlum şəxslər partlayıcı qurğuların köməyi ilə patrul əməkdaşlarına hücum ediblər. Ehtimal olunur ki, cinayətin arxasında “Gulf Clan” cinayətkar dəstəsinin üzvləri dayanır. Polis bildirib ki, hücum bu həftənin əvvəlində təşkilatın …
Read More »BMT baş katibi Rusiya və Ukrayna arasında eskalasiyadan narahatdır
BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna arasında eskalasiyadan narahatdır. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib. “Quterreş tərəfləri dialoqa çağırmaqda davam edir”, – Dujarrik vurğulayıb. Sözçü əlavə edib ki, Quterreş yanvarın 21-də Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüşün gərginliyi azaldacağına …
Read More »Xarkov şəhərindəki Azərbaycanın fəxri konsulluğu 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Xarkov şəhərindəki Fəxri Konsulluq 20 yanvar şəhidlərinin xatirəsini yad edib Bu gün saat 11 radələrindən etibarən Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsolluğunda açıq qapı günü keçirilib. Boyukmillet.com xəbər verir ki, Sadə vətəndaşlar, Xarkov şəhərinin təhsil müəssisələrində dərs deyən azərbaycanlılar, Xarkov şəhərinin ictimai təşkilatlarının və Azərbaycan diasporunun nümayəndələri, məktəb və universitetlərin tələbələri Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğunun binasına gələrək şəhidlərimizin anım …
Read More »Azərbaycanda daha 1186 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv …
Read More »Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hərbi hissələrdə, Təlim-Tədris Mərkəzlərində təşkil olunan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Çıxışlar zamanı bildirilib ki, 1990-cı il yanvarın 20-də azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi …
Read More »Qazaxıstanın rus qışı, Rusiyanın qazax xofu – Sabir Rüstəmxanlı yazır
1990 cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır. Hər qəzetin də öz variantı, öz yanaşması… Nəhayət, internet açılıb, əlaqələr …
Read More »Şuşada 20 Yanvar faciəsi şəhidləri anılıb
Şuşa şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin tviter səhifəsində paylaşım edilib. “Anım mərasimləri şəhərin mərkəzi məkanlarında baş tutub. Allah şəhidlərimizə rəhmət eləsin”, – paylaşımda bildirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar