“Saf Farma” və “Medical Media” Şirkətlərinin təşkilatçılığıyla 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, şirkətlərin təsisçisi Azər Xudiyev və əməkdaşlar Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər. Tədbirdə ilk olaraq 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilib. Anım mərasimində çıxış edən Azər Xudiyev …
Read More »Yearly Archives: 2022
Türkiyə XİN başçısının müavini Azərbaycan səfiri ilə regiondakı vəziyyəti müzakirə edib
Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu nazir müavini tviter səhifəsində yazıb. Onun sözlərinə görə, görüşdə cari regional proseslər və ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. “Həmçinin müstəqillik uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərini rəhmət və ehtiramla yad etdik”, – Yavuz Selim Kıran bildirib.
Read More »DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında DSX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Xidmətin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb. DSX-nin Aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin ildönümü münasibəti ilə hazırlanan fotosərgiyə baxış keçiriblər. Azərbaycan …
Read More »Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır
“Ermənistan Azərbaycanla dövlət sərədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib. “Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi …
Read More »Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar videoçarx hazırlayıb
Müdafiə Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar videoçarx hazırlayıb. Boyukmillet.com həmin videoçarxı təqdim edir.
Read More »Baş prokuror: “Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb”
“Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bunlar beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə olunub. Həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam etdirilir. Bir neçə belə hal olub. Bunlarla bağlı mətbuata əvvəllər də bildirmişik ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirakı olan Ermənistan vətəndaşları və …
Read More »ABŞ səfirliyi Azərbaycan xalqına başsağlığı verib
“Biz bu gün azərbaycanlılarla birgə kədərini paylaşır və həlak olanları yad edirik. Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib. “Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli …
Read More »Kamran Əliyev 20 Yanvar hadisələrinin istintaqından danışıb
“1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq əleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar …
Read More »Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 20 Yanvar faciəsinin 32-ci ildönümü günündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, o, səfirliyin nümayəndəsi Revaz Sakvarelidze ilə birgə şəhidlərin məzarlarına gül dəstələri düzərək xatirələrini ehtiramla yad edib. Səfirlikdən bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının ən yeni tarixinə ən faciəvi gün kimi daxil olub.
Read More »Baş prokuror: “Heç kim “Tərtər işi”ndən siyasi məqsədlərlə istifadə edə bilməyəcək”
“”Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. “Tərtər hadisələri olub. Bununla bağlı araşdırma aparılır”, – o vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar