“Hadisələr kəskin bir informasiya blokadası şəraitində həyata keçirilirdi. Bakı şəhərində törədilmiş bu qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Beynəlxalq ictimaiyyətə Bakı qırğınları, 20 Yanvar faciəsi haqqında ilk dolğun və həqiqi məlumatları çatdıran rəhmətlik ulu öndər …
Read More »Yearly Archives: 2022
DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub. Sonra Xidmətin şəxsi …
Read More »Hikmət Hacıyev: “Ermənistandan cavab gözləyirik”
“Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub: “Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial …
Read More »Yeni icra başçısı kollektivə təqdim olunub
Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, onu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavinlərindən biri təqdim edib. Tədbirdə PA rəsmisi çıxış edib və ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrini çatdırıb. A.Fərzəliyev ona göstərilən etimada görə təşəkkür edib. Bununla da A.Fərzəliyev Abşeronun icra başçısı kimi səlahiyyətlərinin icrasına başlayıb. Qeyd edək ki, Prezident İlham …
Read More »Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra Türk şəhidliyini ziyarət edib.
Read More »Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər. …
Read More »Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verib
Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib. “Qardaş Azərbaycanın azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, – B.Yıldırım paylaşımda bildirib.
Read More »Baş prokuror “Tərtər işi”ndən danışdı
“Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. “Tərtər hadisələri olub. Bununla bağlı araşdırma aparılır”, – o vurğulayıb.
Read More »Səhiyyə naziri: “Azərbaycanda “Omikron” ştamına yoluxmalar artır”
Azərbaycanda koronavirusun “Omikron” ştamı ilə bağlı son vəziyyət açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da “Omikron” ştamına yoluxmalar artır. Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb. “Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur”, – o vurğulayıb.
Read More »Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib. “Qardaş Azərbaycanın azadlıq yolunda tarixə düşmüş ən ağır xatirələrindən biri olan 20 Yanvar şəhidlərini rəhmət və hörmətlə anıram. Tək millət, tək ürək, tək can, Türkiyə-Azərbaycan”, – paylaşımda bildirilib. Kardeş #Azerbaycan’ın azadlık yolunda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar