“ATƏT Cənubi Qafqaz regionunda möhkəm sülhün bərqərar olmasına yönələn səyləri davam etdirmək niyyətindədir”. Boyukmillet.com xəbər verir ki, bunu təşkilatın fəaliyyətdəki sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau ATƏT-in Daimi Şurasının Vyanadakı iclasında bildirib. “Biz regionda möhkəm sülhün, inkişafın və rifahın bərqərar olması istiqamətində səylərimizi daha da artırmalıyıq”, – o deyib.
Read More »Yearly Archives: 2022
Sabah Bakıda qar yağacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət …
Read More »Nur-Sultandan Bakıya təyyarə reysləri bərpa olunub
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri bərpa olunub. Boyukmillet.com “Zakon”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb. Bildirilib ki, yanvarın 13-dən Nur-Sultandan 32 beynəlxalq aviareysin reallaşması planlaşdırılıb: Moskva, Yekaterinburq, Novosibirsk (Rusiya), Budapeşt (Macarıstan), İstanbul (Türkiyə), Minsk (Belarus), Varşava (Polşa), Bakı (Azərbaycan), Kiyev (Ukrayna), Daşkənd və Pxuket (Özbəkistan) və Kolombo (Şri Lanka). Bildirilib ki, yuxarıda qeyd …
Read More »Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud tədbirdə çıxış ediblər. Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz …
Read More »Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb
Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub. Boyukmillet.com xəbər verir ki, Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib. Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb. O, qonşu ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır.
Read More »Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin məbləği 2 mlrd manatı ötüb
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 817 borcalana 2 milyard 000,168 milyon manat kredit verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 262,633 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 301 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Qeyd edək ki, Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70 %-dən çoxunu gənclər və gənc …
Read More »KTMT sülhməramlılarının Qazaxıstandakı missiyası başa çatıb
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb”. Boyukmillet.com xəbər verir ki, bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdükov söyləyib. O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb. Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 6-da qəbul etdiyi qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək …
Read More »FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti dəyişərək temperaturun kəskin düşəcəyi, güclü külək əsəcəyi, yağıntılı keçəcəyi, sulu qar və qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır. Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar …
Read More »Baş Prokurorluq sabiq deputatın Bakıda ağacları qanunsuz kəsdirdiyini təsdiqləyib
Baş Prokurorluq Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı üzrə aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb. Qurumun Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar