Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 75,4 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com quruma istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,8% çoxdur. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 11,15% artıb.
Read More »Yearly Archives: 2022
Horadizdə dəmir yolu stansiyasında silah-sursat tapılıb
Füzuli rayonunun Horadiz qəsəbəsində dəmir yolu stansiyası ərazisində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşların Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron …
Read More »Ötən il COVID-19-a yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb
Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxan hamilələrin dünyaya gətirdiyi körpələrdən 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib. Bu barədə Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, hazırda hamilələrin digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil: “Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. …
Read More »Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib
Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib. Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri …
Read More »Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb
Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb. Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay …
Read More »Prezident: “Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. “Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə …
Read More »Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.
Read More »Şuşada silah-sursat aşkarlanıb
Şuşada silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2 712 müxtəlif çaplı …
Read More »Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezidentlə görüşüb
Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu rəsmi dövlət qəzeti “Azərbaycan” yazıb. Azərbaycan lideri Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib. Dövlət başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, …
Read More »Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının sərəncamı “Rəsmi qəzet”də dərc olunub. Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar