Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,7 % artaraq 1,9281 manat, Rusiya rublunun məzənnəsi isə 0,9 % artaraq 0,0227 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,92811 Rusiya rublu0,02271 Avstraliya dolları1,22171 Argentina pesosu0,01641 Belarus rublu0,65851 Braziliya rialı0,29981 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1084100 Cənubi Koreya …
Read More »Yearly Archives: 2022
Qazaxıstana yeni Baş nazir təyin olunub
Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib. Boyukmillet.com“Zakon”a istinadən bildirir ki, onun lehinə 89 deputat səs verib. Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir müddət əvvəl Baş nazir postuna Ə.Smailovun namizədliyini təqdim etmişdi. Parlamentin təsdiqindən sonra dövlət başçısı Kasım-Jomart Tokayev Ə.Smailovun Baş nazir təyin olunması barədə sərəncam imzalayıb. Qeyd edək ki, Ə.Smailov 1972-ci ildə dekabrın 18-də Qazaxıstanın Almatı şəhərində anadan olub. …
Read More »Azərbaycan qaziləinin Türkiyə ordusunun komandanıları ilə görüşü davam edir
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər edən Azərbaycan qazilərindən ibarət nümayəndə heyətinin növbəti görüşləri İstanbul şəhərində davam edib. Boyukmillet.com xəbər verir ki, İstanbulda qazilərimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdülər. Ordu Komandan general-polkovnik Kemal Yeni Azərbaycan qazilərini Qarabağda qazanılan qələbə münasibətilə təbrik etdi və qzanılmış zəfərin Türk millətinin başını uca …
Read More »Türk birliyinə verilən yersiz REAKSİYALAR…
“Yumor hissi olmayan şəxs yalnız yumor hissindən məhrum deyil” deyirlər. Amma bu məsələ yumorun sərhədlərini çoxdan keçib. Müşahidələr göstərir ki, türklərin birliyi məsələsinə verilən yersiz və qeyri-adekvat reaksiyalar nəinki yumor, heç obyektiv təhlilə söykənən tənqid və bundan qaynaqlanan acı reallıq da deyil. Bunların bir qismi sadəcə məqsədli qaralama, Doğu Türküstandan Balkanlaradək böyük bir coğrafiyanın əsrlər boyu dominant gücü olan türklərin …
Read More »“Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır” – Qalmaqallı AÇIQLAMA
“Əvvəllər bu hallar az-az müşahidə olunsa da texnologiyanın ildırım sürətilə inkişafı xəyanətlərin də sayını artırıb”. Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm olmağı bacaran psixoloq Samirə Bağırova bu fikirdədir. Bizim.media-ya açıqlamasında psixoloq bildirib ki, burada ən başlıca səbəb evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmamasıdır. “Xəyanətə aparan yolun ən başlıca səbəbi cütlüklərin bir-birlərinə qarşı olan pərdəli davranışlarıdır. …
Read More »“Qazaxıstanda həbsləri, istintaq və işgəncələri KTMT qüvvələri aparır – daxili siyasət bütünlüklə KTMT-nin əlində…” – Aydın Quliyev
Qazaxıstandan aldığımız özəl məlumatlara görə, KTMT qüvvələrinin ölkənin daxili işlərinə guya qarışmadığı və guya ancaq strateji nöqtələrin mühafizəsi ilə məşğul olduğu barədə verilən siyasi bəyanatlar qətiyyən həqiqət deyil. Boyukmillet.com xəbər verir ki, bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: “Əksinə, bu gün Qazaxıstanda kütləvi həbsləri, cəza əməliyyatlarını, axtarış və fiziki təqibləri, …
Read More »Zəngəzura, İrəvana aparan yollar Şuşanın Ağoğlan və İrəvan qapılarından başlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin ilk Sərəncamının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı olması həm qürurvericidir, həm böyük tarixi-siyasi əhəmiyyətə malikdir, həm də rəmzi məna daşıyır. Çünki Şuşa tarixən Azərbaycanın mədəniyyət, ədəbiyyat və incəsənət beşiyi olmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Zəfərimizin paytaxtına çevrildi. Şuşa, həmçinin xalqımızın milli ruhunun özünəqayıdışının şəhəridir və gələcək zəfərlərimizin start xəttidir. …
Read More »Qazaxıstan Prezidenti hökumətin yeni tərkibini parlamentə təqdim edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-də hökumətin yeni tərkibini parlamentə təqdim edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Zakon” yayıb. Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul etmişdi. Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq Alixan Smailov icra edirdi.
Read More »Azərbaycan və Türkiyə müdafiə nazirləri telefonla danışıb
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib. Zakir Həsənov Akçakalede şəhid olan üç türk əsgərinə görə başsağlığı verib.
Read More »Səhiyyə qurumları “Omikron” ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanın səhiyyə qurumları ölkədə koronavirusun “Omikron” ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Müraciətdə deyilir: “Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar