Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib. Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb: “Onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları …
Read More »Yearly Archives: 2022
Tacikistan və Qırğızıstan parlamentləri Qazaxıstana sülhməramlı göndərilməsinə razılıq verib
Tacikistan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bir müddət əvvəl Tacikistanın Müdafiə Nazirliyi Qazaxıstana 200 nəfərdən ibarət sülhməramlı göndərməyə hazır olduğunu açıqlamışdı. Qırğız Respublikasının parlamenti də Qazaxıstana sülhməramlı kontingent göndərilməsinə dair qərar qəbul edib. Bu məqsədlə qonşu dövlətə 150 hərbçi göndəriləcək. Qeyd …
Read More »Prokuror Eldar Həsənova 11 il həbs cəzası istəyib
Prokuror Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda …
Read More »Samir Adıgözəlli: Qazaxıstanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur
Qazaxıstanda baş verən iğtişaşlar kütləvi hal aldıqca, hədisələrlə bağlı videolar daha çox sayda sosial şəbəkələrdə yayılmağa başlayır. Belə videolara, demək olar ki, bütün sosial şəbəkələrdə rast gəlinir. Bir çox kanallar həmin yerdən canlı bağlantılar edirlər. Sosial şəbəkələrin bu imkanlarından müasir dövrdə baş verən inqlablarda geniş istifadə edilib. Təəssüflər olsun ki, belə videolardan bizim ölkəmizdə təxribatçı məqsədlər üçün istifadə edənlərə də …
Read More »2021-ci il Azərbaycanın postmüharibə reallıqlarını dünyaya qəbul etdirmək istiqamətində atdığı uğurlu addımlarla yadda qaldı
Azərbaycan dövlətinin 2021-ci ildə apardığı daxili və xarici siyasətin əsas istiqaməti, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin nəticələrinin möhkəmləndirilməsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl və paralel fəaliyyətlər həyata keçirib. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici media orqanlarına müsahibələri vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında …
Read More »Qazaxıstanın müstəqilliyi təhdid ALTINDADIR
Son günlər dünyanın diqqət mərkəzi Qazaxıstandadır. Türk Dünyasının önəmli ölkələrindən biri olan Qazaxıstanda nələr baş verir? Maye qazın qiymət artımı ilə başlanan etirazın siyasi mərhələyə keçməsi və xaosun ayaqlanması bu sualın cavabının sadəcə sosial məsələdən ibarət olmadığını asanlıqla deməyə əsas verir. Vəziyyət o qədər qəlizləşib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyəti sabitləşdirmək üçün …
Read More »Binəli Yıldırım: “Qazaxıstana hər cür dəstək verməyə hazırıq”
“Qazaxıstanda həyatın normal axışına dönməsi üçün hər cür dəstək verməyə hazırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım tviter səhifəsində yazıb. “Son günlər Qazaxıstanda baş verən hadisələrin ölkənin sülh və sabitliyinə zərər vermədən başa çatmasını arzulayırıq. Türk Dövlətləri Təşkilatı ağsaqqalları olaraq Qazaxıstanla güclü …
Read More »Qırğız parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı iclası baş tutmayıb
Qırğız Respublikası parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı xüsusi iclası baş tutmayıb. Boyukmillet.com xəbər verir ki, bunu qanunveriuci orqanın sədri Talant Mamıtov deyib. Onun sözlərinə görə, parlamentin 90 deputatından yalnız 40-ı qeydiyyatdan keçib. Nəticədə iclasın başlaması üçün yetərsay toplanmayıb. Məlumata görə, fövqəladə iclasda deputatlar Qırğız Respublikası hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərdiyi sülhməramlı missiyasında iştirakı məsələsi müzakirə ediləcəkdi.
Read More »Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib
Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Xabar 24” məlumat yayıb. Bildirilib ki, Jambıl vilayətinin administrasiyasının binası da hakimiyyət nümayəndələrinin nəzarətinə qaytarılıb. Qeyd edək ki, Qazaxıstanın Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yanvarın 6-na olan uçuşlar təxirə salınıb.
Read More »Lukaşenko Qazaxıstandakı etirazçılara səslənib: “Diz çöküb hərbçilərdən üzr istəyin”
“Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. “Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, – dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar