Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib. “İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü təbrik edirik. Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub. Türkiyə işğaldan …
Read More »Yearly Archives: 2022
İsrail səfirliyi Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib
İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter hesabında paylaşım edilib. “Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!”, – paylaşımda bildirilib.
Read More »Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib
Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin ikinci ildönümü münasibətilə müdafiə nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com-un xəbərinə görə, hərbiçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar. Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.
Read More »Şuşanın erməni işğalından azad olunmasından iki il ötür
Bu gün Şuşa şəhərinin Ermənistan işğalından azad edilməsindən iki il ötür. “Report” xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa …
Read More »Azərbaycanda Zəfər Günü qeyd olunur
Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin ikinci ildönümü – Zəfər Günü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə …
Read More »Hulusi Akar: Azərbaycan əsgəri türkün gücünü dünyaya göstərdi
“Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib. O qeyd edib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət, iki …
Read More »DTX: “Sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır”
Sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı açıqlamada bildirilib. “Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının …
Read More »Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək
Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksində (XTNS) “Azərbaycan” pavilyonunda Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş özəl film nümayişi keçiriləcək. Real hadisələr əsasında çəkilən film Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüsseri Arzu Əliyevadır. Filmdə müasir hərb tarixinin ən parlaq səhifələrindən …
Read More »Türkiyə səfiri Zəfər Günü ilə bağlı paylaşım edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, türkiyəli diplomat tviterdə yazıb: “Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”. Vətən uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Zəfəriniz mübarək, qardaşım”. "Bayrakları bayrak yapan üstündeki kandır.Toprak eğer uğrunda …
Read More »KİV: “İranda dronların Rusiyaya ötürülməsi ilə əlaqədar daxili parçalanma başlayır”
İranda Rusiyaya kamikadze pilotsuz uçan aparatların tədarükü fonunda daxili qarşıdurma başlaya bilər. Ölkənin ictimai xadimləri açıq şəkildə Rusiyaya bu ixracın əleyhinədirlər. Boyukmillet.com xəbər verir ki, tanınmış mühafizəkar din xadimi və İran qəzetinin redaktoru Məsih Mohaceri yazıb ki, ölkəsinin hökuməti Rusiyaya beynəlxalq normalara riayət etməyi, müharibədə İran istehsalı olan dronlardan istifadəni yasaqlamaq, Ukrayna ilə münasibətləri isə daha sıx saxlamaq tövsiyə etməlidir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar