Türkiyənin Bursa şəhərində keçirilən İkinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalında təşkil olunan müsabiqədə nümayiş etdirilən Azərbaycan filmləri böyük maraqla qarşılanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə festivalın bağlanış mərasimindəki çıxışlarda bildirilib. Münsiflər heyəti Xalq artisti Vaqif Mustafayevi “Ən yaxşı rejissor” mükafatı ilə təltif edib. Kinorejissor bu mükafata Festivalın yarışmasında iştirak edən “Həyat, deyəsən, gözəldir” filminə görə layiq …
Read More »Yearly Archives: 2022
Azərbaycanın İrandakı səfirindən Təbriz paylaşımı
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Təbriz şəhəri ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı diplomat Təbriz şəhərinin gecə görüntüsünün şəklini dərc edərək tviterdə yazıb: “Təbrizin gecələri də gözəldir”. Evenings of #Tabriz is also beautiful👍. Təbrizin gecələridə gözəldi. شب های #تبریز هم زیباست👍 . pic.twitter.com/iTEPze0UX7— Ali Alizada 🇦🇿 (@Ali_F_Alizada) November 5, 2022
Read More »KİV: “Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb”
Ukraynanın Luqansk vilayətinin Makeyevka kəndi ətrafında Ukrayna hərbçilərinin atəşi sonucunda Voronej vilayətindən səfərbər edilmiş rusiyalılardan ibarət tabor məhv edilib. Yüzlərlə hərbçi ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Vyorstka” nəşrinə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib. Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb. Onun sözlərinə görə, …
Read More »Zakir Həsənov: “Müharibədən sonrakı islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub
Vətən müharibəsindən sonra aparılan yeni islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və “Sualtı hücum xüsusi təyinatlısı” kurslarının növbəti buraxılış mərasimində deyib. Nazir qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. Həmçinin …
Read More »Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib. Bu barəd Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və “Sualtı hücum xüsusi təyinatlısı” kurslarının növbəti buraxılış mərasimində iştirak edib. Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və …
Read More »Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq. İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq. Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa …
Read More »Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq
Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev, Murad Fətiyev, Nihad Şıxəlizadə və İbrahim Ağakişiyev tatamiyə çıxacaq. 100 kq-da yarışan Elmar Qasımov, Zelim Kotsoyev, Aslan Mirzəyev və Hüseyn Dadaşov medal qazanmağa çalışacaq. 100 kq-dan yaxarı çəkidə isə İbrahimxəlil Ömərov, Camal Qamzatxano, Kənan …
Read More »Türkiyə hərbçisi şəhid olub
Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terroristlər tərəfindən basdırılan minanın detonasiyası sonucunda 2 hərbçi yaralanaraq xəstəxanaya qaldırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.
Read More »Türkiyədə mədəndə partlayış olub, yaralananlar var
Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub. Partlayışın başvermə səbəbi açıqlanmır.
Read More »İstanbulda Hüseyn Cavidə həsr edilmiş beynəlxalq simpozium keçirilib
Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı böyük şair və dramaturqun tədqiqi, təqdimi və təbliğ sahəsində yeni əhəmiyyətli mərhələnin başlanmasına səbəb olub. Bu, ölməz sənətkarın 1982-ci ildə 100 illiyinin keçirilməsi haqqında ulu öndər Heydər Əliyevin dərin tarixi mənalı və çox cəhətdən inqilabi səciyyəli Sərəncamından sonra ən mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Boyukmillet.com …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar