Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com -un məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kasvithan 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək. Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev …
Read More »Monthly Archives: Avqust 2025
Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var
Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Bildirilir ki, hadisə Polşanın Kşitsko-Velike kəndində yaşayış evlərinin yaxınlığında baş verib. Polis və prokurorluq hadisə ilə bağlı araşdırma aparır.
Read More »Britaniyada helikopter qəzaya uğrayıb
Böyük Britaniyanın Uayt adasında dəniz kənarındakı kurort şəhərinə yaxın ərazidə helikopter qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir. İlkin məlumata görə, helikopter bu gün səhər saatlarında Uayt adasının cənub-şərq sahilindəki şəhərin yaxınlığında bir sahəyə düşüb. Hazırda helikopterin göyərtəsində olanların və xəsarət alanların sayı barədə məlumat yoxdur.
Read More »SOCAR-ın Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayacağı vaxt açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin birinci rübündə Özbəkistanın Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bunu “Report”a müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib. “Bu, təşkilati-hazırlıq mərhələsi başa çatdıqdan və bütün lazımi icazələr alındıqdan sonra mümkün olacaq”, – o bildirib. “Özbəkneftqaz”ın rəhbəri xatırladıb ki, Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə uyğun olaraq, geoloji kəşfiyyat …
Read More »Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında …
Read More »Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır: “Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim …
Read More »Dövlət Komitəsinə azad edilmiş ərazilərə qayıdışla bağlı 3 minə yaxın müraciət daxil olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975 müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb. Bildirilib ki, həmin ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə yaradılmış “1657” qısa nömrəli “qaynar xətt” xidmətinə Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı 2867 məlumat və müraciət daxil olub. Birinci istiqamət üzrə …
Read More »Formula 1-lə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdirilib
Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan beynəlxalq hava limanlarında viza ala biləcəklər. …
Read More »Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır
Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, …
Read More »Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Belə ki, Dövlət Xidməti Prezidentin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən ali təhsil müəssisələri tələbələrinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar