Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. “Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır”, …
Read More »Monthly Archives: Avqust 2025
Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib. Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. …
Read More »Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq
Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq. Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün …
Read More »Sabah 36 dərəcə isti olacaq
Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və …
Read More »Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub FHN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə …
Read More »İsrail Ordusu avqustun 17-dən Qəzzaya yenidən çadırların daşınmasına icazə verəcək
İsrailin Müdafiə Ordusu avqustun 17-dən etibarən Qəzza zolağına yenidən çadırların və digər müvəqqəti yaşayış ləvazimatlarının daxil olmasına icazə verəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi Avixay Edri “X” sosial şəbəkəsində xəbər verib. “Bazar günündən etibarən BMT və beynəlxalq humanitar təşkilatların dəstəyi ilə “Kerem Şalom” nəzarət-buraxılış məntəqəsi vasitəsilə yenidən Qəzzaya çadırlar və digər müvəqqəti yaşayış ləvazimatları buraxılacaq”, – …
Read More »Müğənni Rəqsanə 520 min dollarlıq dələduzluqda ittiham olunaraq həbs edilib
Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli …
Read More »Putin yeni avantüralara gedə bilər – Açıqlama
“Alyaskada keçirilən Tramp–Putin danışıqları gözlənildiyi kimi nəticəsiz qaldı. Tərəflər ortaq mövqe formalaşdıra bilmədilər. Trampın mətbuat konfransında üzündəki narazı ifadələr bu uğursuzluğun vizual təsdiqi idi. Putin isə daha rahat, hətta qələbə qazanmış kimi sevincli görünürdü”. Bunu Bakupost.az -a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib. O, qeyd edib ki, dünyanın əsas gözləntisi bu görüşdə Ukrayna ilə bağlı konkret razılaşmalar idi: …
Read More »Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edilib
Sabirabadda yabanı halda bitən 2 tondan çox çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
Read More »Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib. Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub. Buna cavab olaraq Tramp deyib: “Düşünürəm ki, bu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar