Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

İsveçrə qızıl istehsalçıları hasilatı ABŞ-yə köçürməkdən imtina edirlər

İsveçrə qızıl istehsalçıları Donald Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, ABŞ-də yeni zavodlar açmağı planlaşdırmırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb. Keçmiş diplomat Tomas Borer qızıl emalının bir hissəsini ABŞ-yə köçürməyi təklif edib, lakin yerli qızıl istehsalçıları bu fikri dəstəkləməyiblər. NZZ-nin məlumatına görə, qiymətli metal istehsalçıları son vaxtlar ABŞ-yə böyük həcmdə qızıl ixrac edir ki, …

Read More »

Sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Alimlər günəş plazmasının planetə doğru atılması ilə əlaqədar sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının teleqram kanalında bildirilib. Plazma buludunun atılması Günəşdə M2.76 səviyyəsinin alovlanması nəticəsində baş verib. “Günəş materiyası çərşənbə axşamı, sentyabrın 2-də Yerin orbitinə çıxaraq G2-G4 səviyyəli (beş indikator miqyasında …

Read More »

Tramp seçkilərdə səsvermə prosedurunu dəyişdirəcək fərman imzalayacaq

ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısının alınması üçün bir sıra tədbirləri nəzərdə tutan fərman imzalamaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb. “Seçici vəsiqələri hər seçkidə olmalıdır. İstisna yoxdur! Bununla bağlı fərman imzalayacam!” – o, qeyd edib. Tramp həmçinin əlavə edib ki, poçtla səsverməni qadağan edəcək. İstisna yalnız ağır xəstələr, eləcə də ABŞ ərazisindən …

Read More »

Husilər Yəmənin baş nazirinin öldüyünü təsdiqləyib

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər, baş nazir Əhməd Qalib ər-Rahavinin İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. Hərəkat üsyançı baş nazirlə birlikdə onun bir neçə nazir yoldaşının da öldürüldüyünü qeyd edib, lakin onların adları açıqlanmayıb. Avqustun 29-da İsrail Müdafiə Ordusu Yəməndə husilərin baş qərargah rəisi və müdafiə nazirinin yerləşdiyi hərbi obyektə zərbə endirdiyini …

Read More »

Türkiyədə ağır yol qəzası olub, bir nəfər ölüb, 16 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası olub. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, Diyarbəkir-Eğil yolunda mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.  Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.  Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün durumu ağırdır. 

Read More »

İranda İsrail kəşfiyyatına işləməkdə ittiham olunan 8 nəfər həbs edilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail kəşfiyyat xidməti Mossada gizli obyektlərin koordinatlarını və yüksək rütbəli hərbçilər haqqında məlumatları ötürməyə cəhd göstərməkdə şübhəli bilinən 8 nəfəri həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, saxlanılanlar İran-İsrail münaqişəsinin eskalasiyası dövründə İsrail xüsusi xidmət orqanlarına məlumat verməkdə ittiham olunurlar. SEPAH-ın bəyanatında bildirilir ki, şübhəlilər Mossadda …

Read More »

ABŞ-də məhkəmə Trampın deportasiya prosesini genişləndirmək cəhdini bloklayıb

ABŞ Dairə Hakimi Cia Kobb ABŞ Prezidenti Donald Trampın administrasiyasının hakimiyyət orqanlarına məhkəmə dinləməsi olmadan miqrantları sürətlə deportasiya etməyə imkan verən proseduru kütləvi şəkildə genişləndirmək cəhdini bloklayıb.   Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Bildirib ki, bu, Prezidentin kütləvi deportasiya planlarına zərbədir. “Sürətli çıxarılma” adlanan bu proses əvvəllər Meksika sərhədi yaxınlığında saxlanılan və ABŞ-yə iki həftə ərzində …

Read More »

Azərbaycan manatının dövretmə sürəti iyulda artıb

Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,39 bənd təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,06 bənd az, ötən il avqustun 1-nə nisbətən isə 0,02 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk …

Read More »

Naxçıvanda vətəndaşların 35 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda 40-a yaxın şəxsi aldadaraq 35 min manat vəsaiti ələ keçirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Mürsəl Nuriyev saxlanılıb. Bu barədə “Report”a Daxili işlər Nazirliyindən məlumat verilib.  Bildirilib ki, onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə  vətəndşaları aldatdığı müəyyən edilib.  Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq …

Read More »

Ukrayna Baş Qərargahı Rusiyanın neft obyektlərinə zərbə endirildiyini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyada iki neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb. Məlumata görə, avqustun 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar şəhərindəki Krasnodar Neft Emalı Zavoduna (NEZ) və Rusiyanın Samara vilayətindəki Sızran NEZ-ə zərbə endirib. Baş Qərargahın məlumatında qeyd olunub ki, əməliyyat düşmənin hücum potensialını …

Read More »