Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

İordaniyanın Kralı: ABŞ-dəki razılaşmalar regionda davamlı sülhün, hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcək

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli …

Read More »

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi azərbaycanlı saxlanılıb

“lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs Qaradağ rayonunda 16 kiloqram marixuana ilə saxlanılıb Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan …

Read More »

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatlna görə, dövlət başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıcaq. “Azərbaycan Respublikası …

Read More »

Rusiyanın sənaye obyektləri dron hücumuna məruz qalıb, bir nəfər ölüb, yaralılar var

Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib. “Bu gecə Ukrayna PUA-ları Nijni Novqorod vilayətində iki sənaye zonasına hücum edib. Təəssüf ki, Arzamasda hücumu dəf edərkən insan tələfatı və zərərdən qaçmaq mümkün olmayıb. Bir əməkdaş yerindəcə ölüb, iki yaralı xəstəxanaya çatdırılıb”, …

Read More »

KXDR planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimlərini pisləyib

Pxenyan ABŞ-Cənubi Koreyanın planlaşdırılan birgə hərbi təlimlərini pisləyib və fəsadlarla bağlı xəbərdarlıq edib. Boyukmillet.com-un xəbərinə görə, bunu KXDR-in müdafiə naziri No Qvan Çxor deyib. “Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurma mövqeyini açıq şəkildə ortaya qoyan və Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinə növbəti dəfə ciddi problem yaradan təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyir və onların hərəkətlərinin gətirəcəyi mənfi …

Read More »

İsrail Ordusu: Özünü jurnalist kimi təqdim edən HƏMAS radikalı zərərsizləşdirilib

İsrailin Müdafiə Ordusu Qəzza şəhərində özünü Qətərin “Al Jazeera” telekanalının jurnalisti kimi təqdim edən Fələstinin radikal HƏMAS hərəkatının komandirini zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. “Bu yaxınlarda Qəzza şəhərində İsrail ordusu özünü “Al Jazeera” telekanalının jurnalisti kimi təqdim edən terrorçu Anas aş-Şərifə zərbələr endirib. Aş-Şərif HƏMAS təşkilatının heyətində terror qruplaşmasına rəhbərlik edib, İsrailin mülki …

Read More »

Sabah Bakıda və rayonlarda şimşək çaxacaq, leysan yağacaq

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25, gündüz …

Read More »

Tramp Dövlət Departamentinin sözçüsünü BMT-yə göndərmək istəyir

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Temmi Bryusu BMT-dəki daimi nümayəndənin müavini vəzifəsinə namizəd irəli sürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social”da yazıb. “Mən böyük vətənpərvər, televiziyanın tanınmış siması və ən çox satılan əsərlərin müəllifi Temmi Bryusu səfir rütbəsi ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin növbəti müavini vəzifəsinə irəli sürdüyümü elan etməkdən məmnunam”, – Tramp yazıb. Bryus …

Read More »

SANA: İsrail hərbçiləri Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənubundakı Quneytra əyalətində bir neçə kənd və qəsəbəyə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Qeyd olunub ki, İsrail əsgərləri Quneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəyə daxil olub, nəzarət-buraxılış məntəqələri yaradıb və dinc əhali arasında axtarışlar aparıb. Xüsusilə, beş hərbi maşından ibarət bir …

Read More »

Ərdoğan regionda sülh gündəliyində nümayiş etdirdiyi liderliyə görə İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə dövlət başçısı avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

Read More »