Bu ilin iyul – avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müxtəlif sahibkarlıq subyektlərində həyata keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlayaraq dövriyyədən çıxarıb. Boyukmillet.com quruma istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif …
Read More »Monthly Archives: Avqust 2025
İsrail Qəzzanı “təhlükəli hərbi əməliyyatlar zonası” elan edib
İsrail Müdafiə Qüvvələri (IDF) bu gün saat 10:00-dan etibarən lokal və müvəqqəti taktiki atəşkəsin təhlükəli hərbi əməliyyatlar zonası kimi müəyyən edilmiş Qəzza şəhərinə şamil edilməyəcəyini bildirib. Boyukmillet.com İsrail mediasına istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunub ki, İsrail hərbçiləri Qəzza zolağında humanitar səylərə dəstəyi davam etdirməklə yanaşı, bu bölgədə terror təşkilatlarına qarşı hücum …
Read More »Paşinyan soyqırım abidəsini “təmir” adı ilə sıradan çıxarır – Ermənilər ayağa qalxdı
Aşot Safaryanr: “Overton pəncərəsi işə düşdü – hədəf soyqırım memorialıdır” Boyukmillet.com xəbər verir ki, Ermənistanda Nikol Paşinyanın qərarları ətrafında yeni qalmaqal yaranıb. Bu dəfə söhbət İrəvanda yerləşən Tsitsernakaberd – guya 1915-ci il soyqırımı qurbanlarına həsr olunmuş memorial kompleksdən gedir. Paşinyan hökumətinin “təmir” adı ilə gördüyü işlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Məsələ ilə bağlı tanınmış memar, memarlıq üzrə fəlsəfə doktoru və dosent Aşot …
Read More »Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq
ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir. “Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük dirçəlişinə mane olmaq cəhdləri iflasa məhkumdur”, – …
Read More »Cənubi Koreyanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb
Cənubi Koreyada xüsusi prokuror keçmiş baş nazir Han Dok Sunu sabiq prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etmək cəhdinə təhrik etməkdə günahlandırıb. Boyukmillet.com bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir. “Xüsusi prokuror Ço İn Sokun komandası bildirib ki, Han barəsində fiziki həbs olmadan təhrik, yalan ifadəvermə, rəsmi sənədlərin saxtalaşdırılması və məhv edilməsi, eləcə də digər qanun pozuntuları üzrə …
Read More »BMT-nin Livandakı sülhməramlı missiyasının mandatı sonuncu dəfə uzadılıb
BMT Təhlükəsizlik Şurası Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyasının mandatını yekdilliklə 2026-cı ilin sonuna qədər uzadıb. Boyukmillet.com bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 15 üzvü Fransa tərəfindən hazırlanan və ABŞ ilə kompromis əldə edildikdən sonra təqdim olunan qətnaməni yekdilliklə dəstəkləyib. Qətnamədə UNIFIL-in 31 dekabr 2026-cı il tarixində fəaliyyətini dayandırması, həmin tarixdən başlayaraq bir il ərzində …
Read More »Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 23-ə yüksəlib
Rusiya ordusunun avqustun 28-də Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 23-ə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat paylaşıb. Xatırladaq ki, daha əvvəl 21 nəfərin öldüyü bildirilmişdi. Kiyev meri Vitali Kliçko isə açıqlamasında hücum nəticəsində azı 63 nəfərin xəsarət aldığını, onlardan 35-nin xəstəxanaya yerləşdirildiyini bildirib.
Read More »Moskva Satira Teatrının keçmiş direktoru Məmməd Ağayev saxlanılıb -VİDEO
Moskva Satira Teatrının keçmiş direktoru Məmməd Ağayev saxlanılıb Boyukmillet.com xəbər verir ki, o, büdcə vəsaitini mənimsəməkdə ittiham edilir. Faktla bağlı xüsusilə böyük məbləğdə dələduzluq maddəsi üzrə cinayət işi açılıb.
Read More »Zelenski Ərdoğana Putindən şikayət etdi, “Bayraktar” zavoduna hücumdan danışdı
Boyukmillet.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiyanın son hücumlarını müzakirə edib və Moskvanı açıq şəkildə sülhdən yayınmaqda ittiham edib. Zelenski bildirib ki, Rusiya bir gecənin içində Ukraynaya 30-dan çox raket və təqribən 600 dron zərbəsi endirib. Bu hücumlar nəticəsində 17 nəfər həlak olub, onların arasında 4 uşaq da var. Onlarla insan …
Read More »Türkiyə Suriyada əməliyyata başlaya bilər
Türkiyə Suriyada əməliyyata başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “CNN Türk”ə müsahibəsində deyib. O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri 7/24 xidmət edir, döyüş hazırlığı vəziyyətindədir: “Burada filan şey, orada başqa şey olacaq, demək istəmirəm. Bizim demək istədiklərimizi onsuz da Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Suriyaya gəlincə, bütün silahlı qüvvələrimiz hazır vəziyyətdədir və hər gün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar