Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

Avtomobillə alimi vurub öldürməkdə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib.  Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub: “Biz barışıq üçün pul təklif etmişik. Müəyyən müddətə aylıq ödəniş …

Read More »

Uqanda Azərbaycanla faydalı qazıntılarla bağlı əməkdaşlıq sazişi imzalamaq istəyir – EKSKLÜZİV

Uqanda Azərbaycanla faydalı qazıntıların kəşfiyyatı və hasilatı, infrastrukturun inkişafı sahəsində əməkdaşlıq haqqında saziş bağlamağa ümid edir. Bu barədə Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba bildirib. O, Azərbaycana səfəri zamanı Uqandadan olan nümayəndə heyətinin Energetika Nazirliyində görüş keçirdiyini və bu görüşdə iki ölkə arasında neft-qaz, dağ-mədən və hidroenergetika sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu xatırladıb. “Nazirlikdə Azərbaycan və Uqanda hökumətləri …

Read More »

Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib

Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini Venesuela Prezidenti Nikolas Maduroya təqdim edib. Bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, R.Rzayev qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti, öz növbəsində, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. N.Maduro Bakıya səfərlərini məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə Azərbaycan dövlət …

Read More »

CHP sədri barəsində istintaq başlanılıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Ankara Baş Prokurorluğu Özgür Özəlin Bəyoğlu rayonunda keçirdiyi mitinq zamanı İstanbulun baş prokuroru Akın Gürleklə bağlı dediyi fikirlərə görə istintaq başlanılıb. Partiya sədri “dövlət qulluqçusuna təhqir” və “hədə” maddələri ilə ittiham olunur.

Read More »

Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Naxçıvanda hava limanında  oğurluq edən şəxslər saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı  20 yaşlı Səid Kərimli saxlanılıblar.  Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.  …

Read More »

UEFA Çempionlar Liqası: “Qarabağ”ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb. I səbət PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), …

Read More »

26 ölkənin lideri Çinə səfər edəcək

İkinci dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Çində keçiriləcək bayram tədbirlərində dünyanın 26 ölkəsinin liderləri iştirak edəcəklər. “Report” xəbər verir ki, bu barədə “Sinxua” Çin xarici işlər nazirinin köməkçisi Hun Leyə istinadən məlumat yayıb. Qeyd olunur ki, Çin sentyabrın 3-də böyük hərbi parad keçirəcək.

Read More »

Argentinada sakinlər prezidentin olduğu avtomobilə daş və butulka atıblar

Argentina Prezidenti Xavyer Mileyin kortejinə daş və butulka atılıb, nəticədə dövlət başçısı təhlükəsizlik qüvvələri tərəfindən təcili təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb. Hadisə Miley üstü açıq limuzinlə Buenos-Ayres əyalətinin Lomas de Zamora şəhərinin küçələri ilə hərəkət edərkən baş verib. Prezident bacısı Karina ilə birlikdə hakim partiyadan parlament deputatlığına namizədin seçki kampaniyası aparmaq üçün oraya …

Read More »

Tələbə axını Bakıda kirayə mənzil bazarını silkələyib – ARAŞDIRMA

Sentyabr ayında ali məktəblərdə tədris ilinin başlanması Bakıya və digər böyük şəhərlərə on minlərlə tələbənin axını ilə müşayiət olunur. Hər il təxminən 60 min abituriyent tələbə adını qazanır ki, onların da əhəmiyyətli hissəsi paytaxta üz tutur. Bu, ilk növbədə, mənzil bazarının kirayə seqmentinə ciddi təsir göstərir: tələb artır, mənzillərin sayı azalır, nəticədə qiymətlər yüksəlir. Əgər əvvəl bu bahalaşma yalnız mövsümi …

Read More »

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə …

Read More »