Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və …

Read More »

Rusiyada zəlzələ olub, Azərbaycanda 3-4 bal gücündə hiss edilib

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Boyukmillet.com bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, Dağıstandakı zəlzələ …

Read More »

Rusiyalı politoloq İlham Əliyevi təriflədiyi üçün “xarici agent” elan edilib

Rusiyalı siyasi şərhçi Sergey Markov öz ölkəsində “xarici agent” elan olunub. Rusiya Ədliyyə Nazirliyinin saytındakı məlumatda bildirilir ki, Markov “xarici agent” və ya “arzuolunmaz” şəxslər və təşkilatlarla bağlı məlumatları hazırlayıb yaydığı, həmçinin xarici media orqanlarına müsahibələr verdiyi üçün bu siyahıya daxil edilib.İndiyə qədər Markov hökumətyönlü mövqeyi ilə tanınıb. O, 2007–2011-ci illərdə Dövlət Dumasının deputatı və Avropa Şurası Parlament Assambleyasının üzvü olub. 2012-ci …

Read More »

Ticarət mərkəzlərində yanğınlar artır, sahibkarlar isə sığortasız qalır

Azərbaycanın ticarət mərkəzlərində baş verən yanğın və digər fövqəladə hallar zamanı icarədarların və obyektlərin sığortasız qalması ilə bağlı mətbuatda dəfələrlə xəbərlər yer alıb. Son olaraq, “Sədərək” ticarət mərkəzində oyuncaq anbarlarında baş verən yanğın iri ticarət mərkəzlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Ümumiyyətlə, “Sədərək” TM-də icarədarlar bundan əvvəl də texniki təhlükəsizlik və sığorta ilə bağlı narazılıqlarını bildiriblər. Son bir ildə adıçəkilən …

Read More »

“Kəndlilər məhsullarını tullantıya atır”

Fermerin zəhməti, qazancı tullantıya gedir. Bu hal Xaçmaz, Quba və Masallı rayonlarında daha geniş yayılıb. Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, əkin sahələri genişlənir, məhsul istehsalı artır və bolluq yarandıqca təklif tələbi üstələyir. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə deyir ki, bu xaotik vəziyyət illərdir baş verir, nazirlik fermerlərə dəstək vermir: “Bu gün ölkədə ən çox məhsul böyük marketlərdə …

Read More »

Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması qismən başa çatıb

Rusiyanın “Natsproektstroy” şirkəti Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılmasını başa çatdırıb. Boyukmillet.com bu barədə Rusiya şirkətinə istinadən xəbər verir. Məlumata əsasən, Azərbaycanda 1 520 Siqnal (“Natsproektstroy”a daxildir) mütəxəssisləri Ucar-Hacıqabul dəmir yolu sahəsini müasir avtomatlaşdırma ilə təchiz ediblər: “Bununla da Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan …

Read More »

Bakıda polis əməliyyat keçirib, 44 kq narkotik vasitə aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər – Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, …

Read More »

Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya qüvvələri cəlb olunub

Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub. Bu barədə  FHN-dən məlumat verilib. Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirir, lakin yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Read More »

“Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı araşdırmalara başlanılıb, ekspertiza təyin edilib

“Sədərək” Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb. “Report-un əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

Read More »

DYP azyaşlıların moped və motosiklet idarə etməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib

Azyaşlı uşaqların moped və motosiklet idarə etməsi yolverilməzdir. Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər: “Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə …

Read More »