İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin hərbi kəşfiyyatının rəhbəri ABŞ prezidentinin xüsusi nümayəndəsi Mayk Uoltsa məlumatlandırıb. Onun sözlərinə görə, İsrailin İrandakı hərbi obyektlərə endirdiyi zərbələr Tehranın ballistik imkanlarını gözlənildiyi qədər zəiflətməyib. Kəşfiyyat rəhbəri bildirib ki, İran qısa müddət ərzində raket potensialını yenidən bərpa edib və hücumlardan …
Read More »Yearly Archives: 2025
ABŞ xüsusi təyinatlıları Çindən İrana yük daşıyan gəmidə əməliyyat keçirib
Noyabr ayında ABŞ xüsusi təyinatlı qüvvələri Çindən İrana gedən gəmiyə daxil olaraq onun yükünü müsadirə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb. Qəzetin mənbələrinə görə, ABŞ xüsusi təyinatlı qüvvələri gəmiyə Şri-Lanka sahillərində olarkən minib. Göyərtədə ikili təyinatlı mallar olub. ABŞ kəşfiyyatının məlumatına görə, yük Tehranın raket proqramı üçün komponentlərin alınmasında ixtisaslaşmış İran şirkətləri üçün nəzərdə …
Read More »Ötən il ABŞ kəşfiyyatı öz məlumatlarını İsraillə paylaşmağı dayandırıb
Bayden administrasiyası dövründə ABŞ kəşfiyyatı İsraillə bəzi əsas məlumatların mübadiləsini müvəqqəti olaraq dayandırıb. Boyukmillet.com Reuters agentliyinə istinadən xəbər verir ki, buna Qəzza müharibəsi ilə bağlı narahatlıqlar səbəb olub. Agentlik vəziyyətlə tanış olan altı mənbəyə istinadən bildirir ki, 2024-cü ilin ikinci yarısında Vaşinqton İsrail xidmətlərinin Qəzza üzərində əməliyyat aparan ABŞ pilotsuz təyyarəsindən video yayımlarına birbaşa çıxışını müvəqqəti olaraq bloklayıb. İsrail bu məlumatlardan …
Read More »Qırğız tikinti şirkəti Bişkek parkına görə ödəniş edilmədiyi üçün Azərbaycan XİN-i məhkəməyə verir
Qırğızıstanın Meadi LLC tikinti şirkəti Bişkekdə yerləşən Azərbaycan–Qırğızıstan Dostluq Parkının inşası ilə bağlı ödənilməmiş vəsaitə görə Azərbaycanın Xarici İşlər Nazirliyini məhkəməyə verib. Şirkət iddia edir ki, layihə üzrə onlara hələ də 3 milyon dollardan çox borc ödənilməmiş qalır. OC Media yazır ki, Parkın və onunla əlaqəli Heydər Əliyev adına məktəbin layihələri ilk dəfə 2019-cu ildə hazırlanıb. Azərbaycan Xarici İşlər Nazirliyi hər iki layihə üçün 8 milyon dollardan çox vəsait ayırıb. Tikinti işləri 2022-ci ildə başa çatıb, …
Read More »BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 33 milyon 408,9 min ton neft nəql edilib. Boyukmillet.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin 11 ayının göstəricisinə nisbətən 5,5 % azdır. Ötən dövr ərzində nəqletmənin 74,6 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-noyabr aylarında 24 milyon 907,4 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 7,2 % azdır. Hesabat dövründə …
Read More »Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Boyukmillet.com xəbər verir ki, dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni …
Read More »Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi
Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın ofisi KİV-də gedən xəbərləri şərh edərək açıqlayıb ki, iki ölkənin nümayəndələri Zod qızıl yatağı ərazisində yerləşən sərhəd sahəsində birgə baxış keçiriblər. Eyni zamanda ofis Azərbaycan və Ermənistan hərbçilərinin xəritələrlə bir neçə gündür sərhəddə delimitasiya işləri apardığına dair məlumatları …
Read More »Zelenski iki od arasında: Trampın ultimatumları Kiyevi silkələdi
“Ukrayna Prezidenti Volodimir Zelenski çətin seçim qarşısındadır. ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarından iki tələbi var. Birincisi, Zelenski qısa müddətdə müharibənin dayandırılmasıyla bağlı Vaşinqtonun planını qəbul etməlidir. İkincisi, Zelenski Ukraynada Prezident seçkisi keçirməlidir”. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, beləliklə, Kiyev-Vaşinqton gərginliyi yenidən alovlanıb:“Hər iki tələbi yerinə yetirmək Zelenski üçün çətindir. Vaşinqtonun müharibənin dayandırılması …
Read More »ABŞ İranı bombalamağa hazırlaşır- SENSASİYA
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib. Prezidentin sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək: “Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, …
Read More »Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 ABŞ dolları və ya 1,33% azalaraq 64,36 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,23 ABŞ dolları təşkil edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar