Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Hadrutda fərdi evlər bərpa edilib, qəsəbədə 10 ailə məskunlaşıb

Hadrutda fərdi yaşayış evləri bərpa edilib, qəsəbədə 10 ailə məskunlaşıb.  “Report”un Hadruta ezam edilmiş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə qəsəbəyə təşkil olunan mediaturda bildirilib. Qeyd olunub ki, Hadrut qəsəbəsində ümumilikdə mövcud olan 541 evdən 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək. Hazırda qəsəbədə …

Read More »

Paşinyan əvvəlki təhlükəsizlik alətlərinin səhv olduğunu etiraf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ordu və hərbi-siyasi ittifaqların ölkənin xarici təhlükəsizliyinin zəifliyinin azaldılmasında əsas vasitə olması barədə təsəvvürlərin səhv olduğunu etiraf edib. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib. “Lakin tarix bu formulanın işləmədiyini göstərdi – nə birinci, nə də ikinci halda. Üstəlik, birinci halda – hətta üç dəfə. …

Read More »

Bakı və Astana ictimai asayişin təmin edilməsində təcrübə mübadiləsini müzakirə edib

Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub. Bu barədə “Report”un yerli bürosu Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. “Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin …

Read More »

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 15-də 377 milyon 165 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu barədə Boyukmillet.com TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 2,79 % çoxdur. Kipoi çıxış nöqtəsindən sentyabrın 16-dan 22-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 9-na olan sifariş göstəriciləri ilə müqayisədə 11,46 % azdır. Sentyabrın 10-na …

Read More »

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk zəng çalınıb. “Report”un Kəlbəcərə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib. Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta …

Read More »

Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etməklə hədələyib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun (Kolumbiya dairəsi, ABŞ) ən təhlükəsiz şəhərlərdən birinə çevrildiyini bildirib. Boyukmillet.comğ-un məlumatına görə, bu barədə o, “Truth Social”da yazıb. Onun sözlərinə görə, bəzi tədbirlər sayəsində Vaşinqton cəmi bir neçə həftə ərzində ən təhlükəsiz şəhərə çevrilib: “Bu yer yenidən çiçəklənir, restoranlar, mağazalar və müəssisələr doludur. Onilliklər ərzində ilk dəfə olaraq demək olar ki, cinayət yoxdur”. Bununla yanaşı, …

Read More »

Türkiyədə FETO-nun Yunanıstana getmək istəyən səkkiz üzvü saxlanılıb

Türkiyədə FETO-nun səkkiz üzvü Polşa bayraqlı qayıqla Yunanıstana getməyə çalışarkən saxlanılıblar.  Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.  Qeyd olunur ki, FETO üzvlərinin fəaliyyətlərinin ifşası və qarşısının alınması, şübhəli şəxslərin tutulması məqsədi ilə Muğla Polis İdarəsi Kəşfiyyat Şöbəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Datça rayonunda qayıqla ölkədən qaçmağa hazırlaşan terrorçuları aşkarlayıb. Qayıq Datça sahillərində sahil …

Read More »

Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab – “Sənin nə borcuna?”

Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb. Boyukmillet.com xəbər verir ki, o, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb:  “Mənim yadımdadır, Xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin …

Read More »

Aeroport taksilərinin qiyməti haqda açıqlama: 80, 50 yoxsa 25 manat?

“Ola bilər ki, gələcəkdə Bakı hava limanından şəhərə taksi xidmətlərinin qiyməti 20 manatdan da aşağı ensin. Daşıyıcı şirkətlər interval sıxlığını nəzərə alaraq qiymətləri bundan da aşağı sala bilərlər. Rəqabət məqsədini və minimal qiyməti keçməmək şərti ilə müəyyən güzəştlər oluna bilər”. “Yeni Sabah” xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, sərnişin hava limanından taksi …

Read More »