Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çinarə Astanova saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.  Bildirilib ki, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı S.Əliyev, 37 yaşlı P.Himmətov və 31 yaşlı F.Abdullazadə saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılanların narkotikləri satış məqsədilə əldə etdikləri …

Read More »

Qərbi Azərbaycan Xronikası: Göyçədə xristian türklərə aid çoxsaylı abidələr mövcuddur

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Boyukmillet.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi Şahlar Hacıyev olub. O, Qərbi Azərbaycanın Göyçə mahalından söhbət açıb. Bildirib ki, Göyçə mahalı 1988-ci ilə kimi azərbaycanlıların kompakt yaşadığı ərazi olub. Göyçə mahalı tarixi mənbələrdə adı dəfələrlə qeyd edilən Göyçə gölünün sahilləri boyu geniş ərazini əhatə edir. Bu coğrafi ərazi tarixən …

Read More »

Tailand Ali Məhkəməsi keçmiş baş naziri bir il həbs cəzasına məhkum edib

Tailandın Ali Məhkəməsi keçmiş baş nazir (2001-2006-cı illər) Taksin Çinavatı bir il həbs cəzasına məhkum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tailandın PBS” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, həmçinin üç həkim də cəzalandırılıb, onlardan birinə töhmət verilib, digər ikisinin lisenziyaları ləğv edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanlış tibbi məlumat təqdim ediblər. Çünki Çinavatın əvvəlki cəzasını çəkdiyi zaman …

Read More »

Ermənistan ABŞ ilə “Tramp Marşrutu” üzrə danışıqların keçiriləcəyini elan edib

Ermənistan yaxın zamanda ABŞ tərəfi ilə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin (TRIPP, Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi) həyata keçirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Yaxın zamanda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Buraya …

Read More »

BMT Baş Assambleyasının yeni sessiyası sentyabrın 9-da başlayacaq

BMT Baş Assambleyasının növbəti, 80-ci sessiyası sentyabrın 9-da başlayacaq. Boyukmillet.com-un xəbərinə görə, çərşənbə axşamı BMT Baş Assambleyasının 79-cu sessiyasının sonuncu iclası Filemon Yanqın sədrliyi ilə keçiriləcək və o səlahiyyətlərini Baş Assambleyanın 80-ci sessiyasının sədri, əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Annalena Berboka təhvil verəcək. Yeni sessiyanın əsas hadisəsinin sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək Yüksək Səviyyəli həftə …

Read More »

Tramp ABŞ-də ukraynalı qadının qətlində demokratları təqsirləndirib

ABŞ Prezidenti Donald Tramp sentyabrın 9-da bildirib ki, demokratlar Amerikanın Şarlott şəhərində (Şimali Karolina) ukraynalı qaçqının qətlinə görə məsuliyyət daşıyırlar, çünki cinayətkarlıqla fəal mübarizə aparmırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerika lideri “Truth Sosial”da yazıb. Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, o, Şarlottda ictimai nəqliyyatda hərəkət edən ukraynalı gənc qaçqının ruhi xəstənin vəhşicəsinə hücumuna məruz qaldığı dəhşətli videonu görüb. …

Read More »

Fransanın Baş naziri etimadı doğrultmayıb, parlamentdə çoxluq hökumətin əleyhinə çıxıb

Fransa Milli Assambleyası Baş nazir Fransua Bayru hökumətinə etimadın əleyhinə səs verib. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Milli Assambleyada səsvermə belə başa çatıb – Baş nazirə etimadın lehinə 194, əleyhinə 364. Bayru daha əvvəl Milli Assambleyada keçirilən iclasda deputatlara bildirib ki, deputatların hökumətə etimad göstərməmək qərarı onun istefasına səbəb olacaq, lakin reallığı ləğv etməyəcək. O, 3,4 trilyon avroluq böyük …

Read More »

“Akkuyu” AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətə başlaması ilə Türkiyənin ümumi daxili məhsulu 50 milyard dollar artacaq.  Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. “İldə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək bu stansiya ölkəmizi ildə 7 milyard kubmetr təbii qaz idxalından xilas edəcək. Bu, həmçinin karbon emissiyalarını ildə 35 …

Read More »

Şimali Makedoniya Azərbaycan tədarükləri hesabına elektrik stansiyalarını qaza çevirməyi planlaşdırır

Şimali Makedoniya uzunmüddətli müqavilələr əsasında Azərbaycandan qaz almaq niyyətindədir. Bunu “Report”a müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib. Nazirin sözlərinə görə, hazırda Şimali Makedoniyanın Azərbaycandan qaz tədarükü ilə bağlı birbaşa müqaviləsi yoxdur. “İdxal əsasən Yunanıstan və Bolqarıstan vasitəsilə həyata keçirilir. Kiçik həcmdə Azərbaycan qazı qısamüddətli müqavilələr əsasında bolqar treyderlər vasitəsilə tədarük edilir, qaz kəmərinin tutumunun böyük …

Read More »