Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, dekabrın 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0399 manata təşkil edib. Rusiyanın 100 rublu 2,1662 kimi ucuzlaşıb, avro isə 1,9874 manatadək bahalaşıb.
Read More »Yearly Archives: 2025
Bakının Brüsseldən sərt tələbi – Avropa İttifaqı buna getməsə…
Qurum Ermənistanla imzaladığı sənəddə sülhə “balta çalan” mövqe sərgilədi – reaksiya Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya və 8 avqustda paraflanmış sülh sənədinə uyğun şəkildə davam edən münasibətlər, görünür, bir sıra beynəlxalq qurumları narahat edir. Hər halda, Avropa İttifaqının son mövqeyi belə bir qənaətə gəlmək üçün kifayət qədər əsaslar yaradır. Dekabrın 2-də Brüsseldə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında …
Read More »Ramin Xudayevə yüksək vəzifə verildi
Ramin Xudayev yeni vəzifəyə təyin edilib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Regionlarla iş şöbəsinə müdir təyin olunub. Qeyd edək ki, R. Xudayev bundan əvvəl Komitənin Quba bölgəsi üzrə şöbəsində müdir müavini vəzifəsində fəaliyyət göstərib./Metbuat.az/
Read More »DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir
Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun güllələnərək öldürüldüyü bildirilir. Hadisə dekabrın 4-də baş verib. Məlumata görə, Şamaxı rayonu Quşçu kənd sakini, 18 yaşlı əsgər Gülalıyev Əlikərim Qismət oğlu başının sağ nahiyəsindən güllə ilə vurularaq öldürülüb. Ailəsinə hadisənin başvermə səbəbi açıqlanmayıb. Yaxınları onun müəmmalı ölümünün araşdırılmasını tələb edirlər. Faktla bağlı Lənkəran Hərbi …
Read More »Azərbaycanın Almaniyadakı səfiri Paşinyanı ermənicə salamlayıb
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir sosial media hesabında paylaşım edib. Diplomat bildirib ki, dünən Berlində DGAP təşkilatında Ermənistan Baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatılıb: “Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım. Həmçinin, Vaşinqtonda əldə olunmuş …
Read More »Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab
Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini tirajlayıb. Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildiri. “Almaniyaya xoş gəlmisiniz, cənab baş nazir! Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyana belə müraciət edib və o, bunu erməni dilində edib, erməni mediası yazıb. Məlumatda bildirilir ki, …
Read More »Venesuela ABŞ təhdidlərini psixoloji müharibənin yeni forması adlandırıb
ABŞ-nin Venesuelaya təhdidləri imperializmin və psixoloji müharibənin yeni formasıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto Amerikanın sülh və suverenliyi uğrunda Xalqlar Assambleyasının açılışında bildirib. Nazir qeyd edib ki, Avropa İttifaqı tərəfindən dəstəklənən Amerika sanksiyalarının Qərb üçün arzu olunan nəticələrə gətirib çıxarmaması səbəbindən Venesuelaya qarşı psixoloji müharibə başlanıb. “Bu, bəlkə də iqtisadi, hərbi …
Read More »FHN yağıntılı havaya görə əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, …
Read More »Namizəd Səfərov dələduzluqda ittiham olunur
Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib. …
Read More »Azərbaycanda “Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Nazirlər Kabineti “Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar