Türkiyənin İzmir şəhərində keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan IV Enerji Forumu sentyabrın 4-də baş tutacaq. Bu barədə “Report”a energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib. Onun sözlərinə görə, tədbirin nazir Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçiriləcəyi gözlənilir. Türkiyəyə səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əliağa terminalında yerləşən zavodlarına da baş çəkilməsi nəzərdə tutulub. Türkiyə-Azərbaycan …
Read More »Yearly Archives: 2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşündə bəhs olunub. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Read More »Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə mübadilə edilib. Boyukmillet.com xəbər verir ki, proses Prezident İlham Əliyevin və Bankın prezidenti Cin Liqunun iştirakı ilə baş tutub. Onlar bu gün Çinin Tiencin şəhərində görüş keçirib.
Read More »BMT dünya birliyini Əfqanıstana kömək etməyə çağırıb
Əfqanıstanda baş verən zəlzələ çoxsaylı böhranlardan əziyyət çəkən ölkə üçün “mükəmməl fırtına” oldu. Boyukmillet.com “Sky News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib. “Hazırda çox az məlumatımız var, lakin artıq yüzlərlə insanın ölməsi və daha çox insanın evsiz qalması haqqında məlumatlar daxil olur”, – o bildirib. Qrandi yaranmış vəziyyətin çox faciəvi olduğunu deyib. …
Read More »Husilər İsrailə məxsus tankerə zərbə endiriblər
Yəmənin “Ənsər Allah” hərəkatından olan husilər Qırmızı dənizdə İsraillə əlaqəli olduğunu bildirərək “Scarlet Ray” neft tankerinə raket zərbəsi endiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb. Məlumata görə, hədəf vurulub. “Yəmən silahlı qüvvələrinin hərbi dəniz qüvvələri hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Qırmızı dənizin şimal hissəsində İsrailin neft tankeri “Scarlet Ray”ə ballistik raketlə hücum edilib”, – “Al Masirah” …
Read More »Sabunçuda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır – RƏSMİ – YENİLƏNİB
Daxili İşlər Nazirliyi Sabunçuda işgəncəyə məruz qaldığı iddia edilən azyaşlı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır. 10:11 Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Report”a bildirib ki, …
Read More »Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluq ifadə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib. Boyukmillet.com TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib. Prezident Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb. Dövlət başçısı, həmçinin Türkiyə …
Read More »Ərdoğan ŞƏT sammitində Paşinyanla görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüş keçiriblər. Bu barədə Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir. Liderlər regionda sabitlik və sülhün qurulmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar. Ərdoğan və Paşinyan, həmçinin qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların qorunmasının vacibliyini qeyd ediblər. Tərəflər dialoqu davam …
Read More »Azərbaycan gömrükçüləri 2 kiloqram metamfetamin aşkar edib
İrandan Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə – metamfetamin aşkar edilib. Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, qaçaqmalçılıqda şübhəli bilinən sürücü …
Read More »Balakəndə polis dağlarda əməliyyat keçirib, silahlı şəxslər həbs olunub
Balakəndə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub. Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar