Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan badmintonçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar

Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar. Boyukmillet.com xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar. Təmsilçilərimizin turnirdəki ümumi qazancı 7 qızıl, 3 gümüş və 1 bürünc medal olub. Qeyd edək ki, badmintonçularımız …

Read More »

AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şuranın ilk toplantısı keçirilib. AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən XQ-yə verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Elmi-Metodiki Şuranın yaradılması zərurəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın ilk assosiativ ictimai birliklərindən olan AQC qiymətləndiricilərin bilik və bacarıqlarının …

Read More »

Azərbaycanın I yarımildə magistral qaz kəmərlərinin fəaliyyətindən gəlirləri məlum olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlirləri 1 milyard 359 milyon 156,6 min manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 % azalıb. Hesabat dövründə magistral qaz kəmərlərində qeydə alınan itkilər 7,1 % artaraq 25,5 milyon kubmetr təşkil edib. Bildirildiyi kimi, hesabat dövründə magistral qaz kəmərləri …

Read More »

Polşa baş nazirinin müavini Prezidenti tənqid edib

Polşa, prezident Karol Navrotskinin qoyduğu veto səbəbindən Ukrayna üçün “Starlink” peyk internetinə girişi maliyyələşdirməyi davam etdirə bilməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar ertəsi Polşanın baş nazirinin müavini, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Karol Navrotski öz qərarı ilə Ukraynanın internetini kəsir. Çünki bu, əslində Ukrayna vətəndaşlarına yardım haqqında qanunun dayandırılması deməkdir. Bu, həmçinin Ukrayna hökumətinin …

Read More »

Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu 18-25 avqustda Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və Almatı, həmçinin Belarusun Minsk şəhərində keçirilən silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını nümayiş etdirib. Boyukmillet.com bu barədə Agentliyi istinadən xəbər verir. Tədbir çərçivəsində keçirilən görüşlərdə Özbəkistandan 50, Qazaxıstandan 70, Belarusdan isə 70 aparıcı turizm şirkəti, eləcə də ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri ilə …

Read More »

Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşına hökm oxunub

Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com -un məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kasvithan 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək. Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev …

Read More »

Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var

Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Bildirilir ki, hadisə Polşanın Kşitsko-Velike kəndində yaşayış evlərinin yaxınlığında baş verib. Polis və prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

Read More »

Britaniyada helikopter qəzaya uğrayıb

Böyük Britaniyanın Uayt adasında dəniz kənarındakı kurort şəhərinə yaxın ərazidə helikopter qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir. İlkin məlumata görə, helikopter bu gün səhər saatlarında Uayt adasının cənub-şərq sahilindəki şəhərin yaxınlığında bir sahəyə düşüb. Hazırda helikopterin göyərtəsində olanların və xəsarət alanların sayı barədə məlumat yoxdur.

Read More »

SOCAR-ın Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayacağı vaxt açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin birinci rübündə Özbəkistanın Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bunu “Report”a müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib. “Bu, təşkilati-hazırlıq mərhələsi başa çatdıqdan və bütün lazımi icazələr alındıqdan sonra mümkün olacaq”, – o bildirib. “Özbəkneftqaz”ın rəhbəri xatırladıb ki, Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə uyğun olaraq, geoloji kəşfiyyat …

Read More »

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında …

Read More »