Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Lənkəranda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Avqustun 24-də saat 9 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Lənkəran rayon prokurorluğundan bildirilib İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin …

Read More »

Maduro ABŞ-nin təhdidinə cavab olaraq Venesuelanın səfərbərliyini yüksək qiymətləndirib

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin müdaxilə təhlükəsinə cavab olaraq Milli Bolivar Polis Təşkilatına səfərbərlik və qəbul kampaniyasını müsbət qiymətləndirib. Boyukmillet.com-un məlumatına görə, N. Maduroa bu barədə “Venezolana de Television” kanalında yayımlanan müraciətində danışıb. “Bu gün müdafiə sisteminin bütün xalq, hərbi və polis qüvvələrinin dinamik yenidən təşkilinin uğurlu başlanğıcı qoyuldu”, – deyə o qeyd edib. O vurğulayıb ki, ölkə boyu həyata …

Read More »

Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsulları Rusiyaya buraxılmayıb

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib. D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə “fitosanitar problemlər”in səbəb göstərildiyini deyiblər. Deputat digər yüklərlə, xüsusilə tikinti materialları …

Read More »

KİV: Gün ərzində Qəzzada azı 70 nəfər həlak olub

Gün ərzində Qəzzada azı 70 nəfər öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, avqustun 23-də İsrailin hücumları nəticəsində azı 70 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Xatırladaq ki, daha əvvəl Qəzzada aclıqdan ölənlərin sayının 281 nəfərə çatdığı, onlardan 114-nün uşaq olduğu məlumatı paylaşılmışdı.

Read More »

İranda antiterror əməliyyatı keçirilib, 6 nəfər zərərsizləşdirilib

İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib. Boyukmillet.com bu barəfə “Mehr” agentliyinə istinadən xəbər verir. Bildirilib ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb. Qeyd olunub ki, terror qrupu …

Read More »

KİV: Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib

Koreya Xalq Ordusunun təxminən 30 hərbçisi 19 avqustda Koreya Respublikası ilə sərhədi keçib, bu səbəbdən Cənubi Koreya tərəfi xəbərdarlıq atəşi açıb. Boyukmillet.com-un məlumatına görə, bu iddia ilə BMT Komandanlığına istinadən “Yonhap” agentliyi çıxış edib. “BMT Komandanlığının atəşkəsin təmin edilməsi komissiyası yanında istintaq qrupu Koreya Xalq Ordusunun təxminən 30 hərbçisinin tikinti işləri apardıqları ərazidə hərbi demarkasiya xəttini keçdiyini müəyyən edib”, – …

Read More »

Xəzər sürətlə quruyur, dənizin səviyyəsi hər il 20–30 santimetr azalır

Bunu “Reuters”ə müsahibəsində Azərbaycan ekologiya nazirinin müavini Rauf Hacıyev deyib.   Son dövrlər Xəzər dənizinin quruması daha da sürətlənib.Xəzər dənizi 1990-cı illərdən etibarən qurumağa başlayıb.Nazir müavininin sözlərinə görə, dənizin səviyyəsi son beş ildə 0,93 metr, son on ildə 1,5 metr, son otuz ildə isə 2,5 metr azalıb. Hazırda səviyyənin ildə 20–30 sm azalması proqnozlaşdırılır. “Bu proses sahil bölgələrində limanların fəaliyyətinə təsir edir, …

Read More »

Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyə üstünlük verəcəyini bildirib. Boyukmillet.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib. “Baxarıq, görək Putin və Zelenskinin birlikdə işlədiyini görəcəyikmi?… Bilirsiniz, onlar bir az yağ və sirkəyə bənzəyirlər. Məlum səbəblərə görə bir-biri ilə çox da yaxşı anlaşmırlar, amma baxacağıq”, – Tramp deyib. …

Read More »

Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb

“Lib-Dukhtegan” haker qrupu İran Milli Tanker Şirkəti və Gəmiçilik Şirkətinin sistemlərini sındıraraq 39 neft tankeri və 25 yük gəmisinin işində pozuntulara səbəb olub. Bu barədə Boyukmillet.com “Sky News Arabiya”ya istinadən məlumat verib. “İranın 60-dan çox neft tankeri və yük gəmisinin sistemləri sıradan çıxarılıb, bu da həmin gəmilər, limanlar və xarici aləm arasında əlaqələrin kəsilməsinə səbəb olub. Bu, İranın dəniz sektorunu hədəf …

Read More »

Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib

Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib. Boyukmillet.com-un məlumatına görə, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib. Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz …

Read More »