Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

ABŞ-də iki təyyarə toqquşduqdan sonra partlayış baş verib

ABŞ-nin Montana ştatının Kalispell şəhərində iki təyyarə uçuş-enmə zolağında toqquşub. Boyukmillet.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Qeyd olunub ki, toqquşmadan sonra partlayış baş verib və yanğın başlayıb. Hadisə nəticəsində ölən və yaralıların dəqiq sayı hələlik məlum deyil. Bildirilib ki, artıq qəza yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Read More »

Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər

Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin tələbə və müəllim heyətindən ibarət nümayəndə heyəti Bakıya səfərləri çərçivəsində “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər. Onlar müəssisənin fəaliyyət istiqamətləri, istehsal həcmi, məhsul çeşidləri, beynəlxalq əməkdaşlıq layihələri, keyfiyyətə nəzarət mexanizmləri və beynəlxalq sertifikatlaşdırma prosesi ilə tanış olublar. İştirakçılar istehsal sexlərində gedən prosesləri izləyərək şokoladın hazırlanma mərhələlərini yaxından görmək imkanı qazanıblar. Bu səfər Mərkəzi Asiya …

Read More »

AQC-də Elmi-Metodiki Şura yaradılıb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şura fəaliyyətə başlayıb. Hafta.az-ın yazdığına görə, şurada tanınmış iqtisadçı alimlər təmsil olunur. Qiymətləndirmə prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltmək, peşəkar qiymətləndiricilərin yetişdirilməsinə, qiymətləndirmə sahəsinə dair elmi məqalələrin yayılması və elmi jurnalın dərcinə nail olmaq məqsədilə fəaliyyət göstərəcək şura Azərbaycanın elmi-tədqiqat ocaqları və ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edəcək. AQC sədrinin müavini, Azərbaycan Dövlət …

Read More »

XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb

XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: 8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Bu Saziş Tərəflərin öz …

Read More »

Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq

Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub: “Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra (gün ərzində) öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına …

Read More »

İordaniyanın Kralı: ABŞ-dəki razılaşmalar regionda davamlı sülhün, hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcək

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli …

Read More »

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi azərbaycanlı saxlanılıb

“lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs Qaradağ rayonunda 16 kiloqram marixuana ilə saxlanılıb Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan …

Read More »

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatlna görə, dövlət başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıcaq. “Azərbaycan Respublikası …

Read More »

Rusiyanın sənaye obyektləri dron hücumuna məruz qalıb, bir nəfər ölüb, yaralılar var

Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib. “Bu gecə Ukrayna PUA-ları Nijni Novqorod vilayətində iki sənaye zonasına hücum edib. Təəssüf ki, Arzamasda hücumu dəf edərkən insan tələfatı və zərərdən qaçmaq mümkün olmayıb. Bir əməkdaş yerindəcə ölüb, iki yaralı xəstəxanaya çatdırılıb”, …

Read More »

KXDR planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimlərini pisləyib

Pxenyan ABŞ-Cənubi Koreyanın planlaşdırılan birgə hərbi təlimlərini pisləyib və fəsadlarla bağlı xəbərdarlıq edib. Boyukmillet.com-un xəbərinə görə, bunu KXDR-in müdafiə naziri No Qvan Çxor deyib. “Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurma mövqeyini açıq şəkildə ortaya qoyan və Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinə növbəti dəfə ciddi problem yaradan təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyir və onların hərəkətlərinin gətirəcəyi mənfi …

Read More »