Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb. O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur. Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır. O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl “Qazprom Ermənistan”ın baş direktoru olub.
Read More »Yearly Archives: 2025
Füzulidə keçmiş həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Füzulidə xəstəxananın həyətində keçmiş həyat yoldaşı Dilbər Namazovanı qətlə yetirməkdə təqsirləndirilən Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə bəraət verilib. Elsevər Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli …
Read More »Tramp: Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin …
Read More »Sabahdan isti hava dalğası zəifləyəcək
Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, həftəsonu gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu avqustun 9-10-11-də …
Read More »Soçidə alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb
Siriusda (Soçi, Rusiya) bazarda satılan alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. “İstintaq Komitəsinin müstəntiqi bildirib ki, ilkin məlumata görə, alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb”, – məlumatda bildirilib. Təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Read More »İlham Əliyev ABŞ-də işgüzar səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Boyukmillet.com xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.
Read More »Türkiyə Müdafiə Nazirliyi: Suriya kürdləri tərk-silah və inteqrasiya razılaşmalarını yerinə yetirmirlər
Türkiyənin Milli Müdafiə Nazirliyi PKK-nın Suriyadakı qanadı olan YPG/SDG-ni tərk-silah və Suriyanın dövlət institutlarına inteqrasiya razılaşmasının şərtlərini pozmaqda ittiham edib. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu nazirlikdəki mənbə bildirib. Mənbənin məlumatına görə, SDG yaraqlıları ilə Suriyanın hökumət qüvvələri arasında son toqquşmalar ölkənin siyasi birliyinin və ərazi bütövlüyünün bərpası səylərinə zərbə vurur.
Read More »Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir
Ermənistanın Kotayk vilayətinin Ptqni icmasının sabiq başçısı Arakel Virabyan 2000-2021-ci illər arasında 22 torpaq sahəsinə qanunsuz sahib olmaqda və dövlətə 182 milyon dram (454 min dollar) məbləğində ziyan vurmaqda ittiham olunur. Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. O, xüsusilə böyük məbləğdə pulların yuyulması və əmlakın mənimsənilməsində ittiham olunur. Bundan əlavə, beş nəfərə qarşı …
Read More »Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair yekun hesabat hazırlayacaq
Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq. Boyukmillet.com TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib. “İstintaq tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq”, – Bozumbayev …
Read More »Deputat Cavanşir Paşazadənin oğlu Azərbaycanda “Espressolab” şirkəti açır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, bu, “Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev D1, mənzil 10 ünvanında yerləşir. “Espressolab Az” MMC-nin sayt domeni alınsa da, fəaliyyət istiqaməti açıqlanmayıb. Keçən il həmin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar