“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 3-dən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır. Bu barədə AZAL-dan məlumat verilib. Məlumata əsasən, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha …
Read More »Yearly Archives: 2025
Balakəndə xüsusi əməliyyat: dağda narkotik becərən silahlı dəstə ifşa olunaraq həbs edilib
Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 …
Read More »Fransanda yanğın yüzlərlə hektar üzüm bağını məhv edib
Fransanın cənubundakı Od departamentində baş verən meşə yanğını 600 hektardan çox üzüm bağını məhv edib və bölgədəki şərabçılar hökumətin köməyinə ümid edirlər. Boyukmillet.com BFMTV-yə istinadən xəbər verir ki, bunu Sen-Loran-de-la-Kabreris şəhərinin meri Ksavye de Volontas respublikanın baş naziri Fransua Bayru ilə söhbətində deyib. “Bu, kənd təsərrüfatı və iqtisadi fəlakətdir. 600 hektar üzüm bağı yanıb”, – o qeyd edib. Merin sözlərinə …
Read More »İsrailin Qəzza ilə bağlı yeni planları məlum olub
İsrail hakimiyyəti Qəzza zolağında gələcək hərbi əməliyyatlar üçün beş aylıq planı təsdiqləməyə hazırlaşır, bu plana anklavda daha çox ərazinin ələ keçirilməsi daxildir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrə istinadən məlumat yayıb. Belə ki, İsrailin baş naziri Binyamin Netanyahunun dəstəklədiyi Qəzza zolağı ilə bağlı hökumətin planı cümə axşamı təhlükəsizlik kabinetinə təqdim olunacaq. Anklavda daha çox ərazinin ələ …
Read More »Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: “Belə bir məsələ olarsa, xəbər veriləcək”. Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal …
Read More »“Azəriqaz”da sürücülük vəsiqəsi olmayan işçilər ixtisar edilir
“Azəriqaz” İstehsalat Birliyinin regional idarələrindən iyun-iyul aylarında 40-dan çox işçi ixtisar olunmaları ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına şikayət edib. Bu haqda Meydan TV-yə məlumat verən təşkilat sədri Mirvari Qəhrəmanlı bildirib ki, proses mart ayında “qiymətləndirmə” adlanan imtahandan sonra başlayıb.“İxtisara düşən şəxslər əsasən 52-60 yaş arasında olan insanlardır. Yəni onların həyatının böyük hissəsi bu işdə keçib. Ən təsirləndirici məqam isə …
Read More »Azərbaycanda onlayn avtobus bileti alanlara işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə avtomatik verilir
Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur. Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu funksionallığın təmin edilməsi qurum və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub. “Biletim.az” portalı üzərindən işğaldan …
Read More »Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib. Bu barədə Boyukmillet.com Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir. “Avqustun 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə – Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib”, – məlumatda bildirilib. Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları …
Read More »Məşhur iş adamı itkin düşdü – Yaxtası ikiyə bölünmüş vəziyyətdə tapıldı – FOTO
“Mazu Yachts” şirkətinin sahibi, tanınmış türk iş adamı Halit Yukay dənizdə itkin düşüb. Milli.Az xəbər verir ki, onun yalovadan Yunanıstanın Mikonos adasına səyahət etdiyi yaxta Balıkəsirin Mərmərə adası sahillərində ikiyə bölünmüş vəziyyətdə aşkarlanıb. Məlumata görə, Halit Yukay 4 avqust səhəri özünə məxsus lüks yaxta ilə Yalovadan yola düşüb. Lakin gün ərzində ondan heç bir xəbər alınmayıb. Narahat olan yaxınları dərhal …
Read More »Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Qaradağda narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar