Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 132 milyon dollar xərcləyəcək

Böyük Britaniya hökuməti La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə üçün əlavə 132 milyon dollar xərcləyəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Guardian” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. “Nazirlər Fransa ilə sazişin bir hissəsi (miqrantların mübadiləsi – red.) daxil olmaqla, La-Manş boğazı ilə keçidlərin məhdudlaşdırılması tədbirlərinə əlavə 100 milyon funt sterlinq (təxminən 132 milyon dollar – red.) xərcləyəcəklər”, …

Read More »

Tramp: ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb

Prezident Donald Trampın əmri ilə yeri dəyişdirilən ABŞ-nin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib. “Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, – Tramp bildirib. Bundan əvvəl o, “Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan …

Read More »

Kanadada meşə yanğınları ABŞ-də havanın keyfiyyətini təhlükəli səviyyəyə çatdırıb

Yüzlərlə meşə yanğını nəticəsində yaranan qatı tüstü Kanadanın və ABŞ-ın şimal ştatlarının geniş ərazilərinə yayılaraq bu bölgələrdə havanın keyfiyyətinin qeyri-sağlam səviyyələrə çatmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Nəşr qeyd edib ki, bütün Kanada və ABŞ-ın 10 ştatında xəbərdarlıq edilib. Meteoroloqların fikrincə, hazırkı hava meylləri davam edərsə, yaxın gələcəkdə vəziyyətin yaxşılaşması gözlənilmir. Kanada Qurumlararası Vəhşi Yanğın …

Read More »

Tərtərdə silahla insident törədən şəxs həbs edilib

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb. DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” …

Read More »

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan Yaşar Məmmədovun 90 yaşı qeyd olunub

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan, canlı əfsanə, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, dəfələrlə olimpiya zirvələrini fəth etmiş qılıncoynadanların ustadı Yaşar Məmmədovun 90 yaşı qeyd olunub. Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib. Yaşar Məmmədovun 90 illik yubileyinə həsr olunan mərasimdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndələri, Yaşar Məmmədovun ailə üzvləri iştirak edib. Tədbiri giriş …

Read More »

İsti hava şəraiti avqustun 8-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin …

Read More »

Millət vəkili Pezeşkianı daşqalaq etdi: “Niyə Bakıda “Yaşasın Azərbaycan!”ı eşidəndə…”

Məsud Pezeşkianın Azərbaycan və İsrail barəsində bəyanatına İran parlamentinin deputatı Həmid Rəsai münasibət bildirib. Boyukmillet.com təsnim-ə istinadla xəbər verir ki, o, İran prezidentini sərt tənqid edib: “Bu nə bəyanatdır?! Guya problem özümüzdədir ki, biz Azərbaycan Respublikası ilə dost ola bilməmişik, amma İsrail dostluq yarada bilib…” Dominos pizza Həmid Rəsai prezidentə bəyanatlarında diqqətli olması və düşmənlərə bəhanə verməməsinin vacibliyini xatərladıbb: “Zəncanda səsləndirdiyiniz son …

Read More »

KİV: ABŞ Türkiyənin icazəsi olmadan Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirə bilməz

ABŞ Montrö Konvensiyasına uyğun olaraq, Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Türkiyədən icazə almalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti beynəlxalq hüquq üzrə ekspertlərə istinadən yazıb. ABŞ Prezidenti Donald Tramp avqustun 1-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin aqressiv bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq bölgələrə göndərilməsi barədə göstəriş verdiyini bildirib. Sonra o, …

Read More »

ABŞ anbarlarında 75 milyon dollarlıq ərzaq istifadəsiz qalıb

Donald Tramp administrasiyasının humanitar yardım proqramlarını kəsməsi səbəbindən dünya üzrə ABŞ anbarlarında saxlanılan 60 min tondan çox ərzaq istifadəsiz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb. Məlumata görə, bəzi məhsulların yararlılıq müddəti bitdiyinə görə yüzlərlə qutu ərzaq yardımı yaxın vaxtlarda istifadəyə yararsız hala düşəcək. Trampın yardım proqramlarını azaltmaq qərarından sonra yanvar ayında ehtiyacı olanlara ərzaq …

Read More »

Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat – axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com xəbər verir ki , bu barədə  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi …

Read More »